Ruhani Bakıda Putinlə Türkiyə prezidentinə kömək göstərilməsini müzakirə edəcək
İran prezidenti Həsən Ruhani Bakıda rusiyalı həmkarı Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana köməyin göstərilməsi məsləsini müzakirə edəcək.
1news.az-ın verdiyi xəbərə görə, Bbu haqda RİA Novosti-yə İranın XİN rəhbəri İbrahim Rəhimpur bəyan edib.
“Biz cənab Putinlə cənab Ərdoğana ölkədə əlverişli şərait və problemlərin aradan qaldırılması istiqamətində kömək etmək istəyirik. Bu, İraq, Suriya, eləcə də regional məsələlərə aiddir. Düşünürəm ki, həm cənab Ruhani, həm də cənab Putin cənab Ərdoğana kömək etməyə, ona dəstək göstərməyə hazırdır. Putin və Ruhanin gəstərəcəyi köməyi ərəb və ya Qərb dövlətləri göstərə bilməz. Regionumuz Rusiya, İran və Türkiyə ilə qarşılıqlı yaxşı münasibətlərə ehtiyacı var”.
Daha sonra o, sözlərinə aydınlıq gətirib ki, ilk növbədə – kömək təkliflər formasında türk rəhbərliyinə təqdim ediləcək:
“Daha sonra isə iqtisadi dəstək, iqtisadi məsələlər olacaq. Bundan sonra isə münasibətlər stratejiyə yüksələcək ki, əlbəttə bu, hər şeyə təsir edəcək. Düşünürəm ki, bu, çox zaman aparacaq”.
Rəhimpur qeyd edib ki, bu gün Bakıda İran, Azərbaycan və Rusiya regionumuzda təhlükəsizliyi təmin edən məsələləri dəstəkləməyə hazırdır:
“Əgər şərtlər normal olsaydı, cənab Ərdoğan da bu görüşdə iştirak edərdi. Bildiyim kimi, o, sabah cənab Putinlə görüşmək üçün Sankt-Peterburqa yola düşür”.
1news.az