Ermənistan Cənubi Qafqazdakı hadisələrdən kənarda qalıb: İrəvanda “erməni təcridinin yeni fazası” ilə bağlı həyəcan siqnalı verilir
Məlum olduğu kimi, ötən gün prezidentlər İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani Bakıda münasibətlərin tarixi formatını qoydular ki, bu da regional əməkdaşlıq üçün yeni təkan olacaq.
Üç dövlətin liderləri tərəfindən imzalanan bəyannamədə siyasi və təhlükəsizlik məsələləri ilə yanaşı, bazar iqtisadiyyatı, azad rəqabət və qarşılıqlı fayda prinsipləri əsasında nəqliyyat yolları və yüklərin çatdırılması vasitələrinin diversifikasiyasına sadiqliklər də öz təsdiqini tapıb.
Söhbət iqtisadiyyatın ən vacib seqmentindən – dəmir yolları daşınmalarından gedir. Bu, Azərbaycandan keçməklə Rusiya ilə İran arasında birbaşa dəmir yollarının yaradılmasıdır. Həmçinin bu sistemin inkişafı Şimali Avropanı, Orta Şərqi, eləcə də Cənubi və Cənub-Şərqi Asiyanı birləşdirəcək.
Beləliklə, Azərbaycan, İran və Rusiya münasibətlərinin yeni mərhələsi artıq öz effektivliyini sübut etmiş Azərbaycan-Gürcüstan-Türkiyə alyansı ilə yanaşı, geniş coğrafi məkanda iqtisadi-ticari əməkdaşlıqları da əhəmiyyətli dərəcədə inkişaf etdirir.
Yuxarıda qeyd olunmuş faktorları nəzərə alaraq belə bir sual meydana gəlir:
“Bəs o zaman destruktiv siyasəti ilə özünü böyük iqtisadi böhrana sürükləyən, regionda baş verən proseslərdən tamamilə təcrid olunan Ermənistanı gələcəkdə nə gözləyir?”.
Gözlənilməz zərbə
Nümunə üçün, qeyd edək ki, fövqəladə və səlahiyyətli səfir, “Birlik” Partiyasının nümayəndəsi Ruben Karapetyan hesab edir ki, yeni regional format Rusiya-Azərbaycan-İran İran-Ermənistan dəmir yolunun tikintisi üçün ciddi təhlükədir və bu cəhdlərin qarşısını alacaq.
O, Tert.am-a söhbətində qeyd edib ki, Şimal-Cənub istiqaməti və nəqliyyat dəhlizi proqramı yeni ideyadır.
“Bu, 90-cı illərdə başlayıb. Nümunə üçün, 93-cü ildə yeni yol üçün razılıqlar əldə olunub. Daha sonra isə 2000-ci illərdə Rusiya, İran və Hindistanın nəqliyyat nazirləri bu yolu tikməkdə razılığa gəliblər. Bu yol daha çox strateji əhəmiyyətlidir”.
“Nə üçün indi?” – sualını cavablandıraraq o qeyd edib ki, çünki İrana qarşı sanksiyalar ləğv edilib:
“Rusiya-Türkiyə qarşıdurmaları da aradan qalxıb. Azərbaycan isə öz növbəsində müəyyən mənada Ermənistanı regional proqramlardan – nəqliyyat, qaz və enerji sıxışdıraraq, öz mövqeyini möhkəmlətməyə çalışır”.
“Cari ilin fevralında Azərbaycan prezidenti Tehrana səfər etdi. Səfər çərçivəsində 11 memorandum imzalandı, bu proqram ətrafında danışıqlar aparılmasına başlanıldı. Rusiya Azərbaycanı Türkiyədən ayıraraq burada öz problemlərini həll etməyə, eləcə də Türkiyənin Cənubi Qafqazda təsirini azaltmağa çalışır. Tərəflərdən hər biri öz məsələsini həll edir. Burada üçtərəfli mövqe formalaşır ki, bu da Ermənistanın maraqlarına əsaslanmır”, - erməni partiyasının fəalı əminliyini bildirib.
Sözlərinə əlavə edərək o bildirir ki, əlbəttə, bu layihə İran-Ermənistan dəmir yolunun tikilməsi proqramına toxunur:
“Burada şübhəmiz olmamalıdır. İran-Ermənistan dəmir yolu xəttinin uzunluğu 305 kilometr olmalıdır. Lakin bu, kifayət qədər bahalı layihədir: bu, 3,5 milyard dollara başa gəlir. Belə ki, dəmir yolu xəttləri mürəkkəbdir, 60-a yaxın tunel tikilməlidir. İran-Azərbaycan dəmir yolu xəttinin uzunluğu 172 km-dir, Ermənistan-İran dəmir yolu xətti isə – 305 kilometrdir. Və bu olduqca bahalı layihədir ki, bunun həyata keçməsi nə dərəcədə realdır, bilmirəm. Bu dəmir yolu yeni layihə ilə birləşərək Skandinaviya ölkələrindən keçərək yükdaşıma müddətini üç dəfə azladaraq iqtisadi planda da daha əhəmiyyətlidir. Burada Azərbaycanın qoşulması birbaşa maraqlarımıza uyğun çıxış edərək regional cəhətdən daha əhəmiyyətlidir”, - Karapetyan hesab edir.
Mehriban qonşuluq nümunəsi
Şübhəsiz, R.Karapetyan tamamilə haqlıdır ki, Azərbaycan, Türkiyə, Rusiya, İran və Gürcüstanın sıx əməkdaşlıq etməsi Ermənistanın maraqlarına ciddi zərbə vuracaq.
Lakin erməni xalqının ağlamalı vəziyyətə düşməsində yalnız Sarkisyan rejimi günahkardır ki, çünki o Dağlıq Qarabağ münaqişə üzrə danışırlarda əldə olunmuş istənilən irəliləyişə ciddi zərbələr vurur. Bunun nəticəsi olaraq rejim ölkəni siyasi-iqtisadi böhrana daha çox sürükləyir.
Ermənistan siyasətinin yalnışlığını diqqətə çatdırmaq üçün dünən Bakıda üçtərəfli Zirvə görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən sitat gətirmək olar:
“Yaratdığımız yeni üçtərəfli əməkdaşlıq formatı böyük potensiala malikdir. Bu, çox önəmli, yeni geosiyasi təşəbbüsdür. Üçtərəfli əməkdaşlıq regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcəkdir. İqtisadi əməkdaşlıq, energetika, nəqliyyat sektorlarında üçtərəfli əməkdaşlıq xalqlarımızın rifah halının yaxşılaşmasını təmin edir. Əsasını qoyduğumuz bu format beynəlxalq aləmdə özünə layiq yerini tutacaq.
Biz bu gün mehriban qonşuluq nümunəsini göstəririk. Biz bu gün sübut edirik ki, əgər qarşılıqlı hörmət, xoş niyyət varsa, arzularımız səmimidirsə hətta bizim qeyri-sabit, böhran və münaqişələrlə dolu olan regionumuzda ölkələrimizi risklərdən qoruya, sabitliyi möhkəmləndirə, əməkdaşlığı dərinləşdirə bilərik”.
Beləliklə, öz qonşuları ilə münasibətdə aqressiv siyasət irəli sürən Ermənistanın bu təşəbbüslərdən kənarda qalmasının gühankarı kimdir?
Sual ritorikdir.
1news.az