ETX: ölkə üzrə 859 kompüterin sistemi zərərli proqram təminatına yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

ETX: ölkə üzrə 859 kompüterin sistemi zərərli proqram təminatına yoluxub

Qafar Ağayev14:07 - Bu gün
ETX: ölkə üzrə 859 kompüterin sistemi zərərli proqram təminatına yoluxub

Elektron Təhlükəsizlik Xidməti zərərli proqram təminatının fəaliyyəti ilə bağlı göstəriciləri müəyyən edib

Qurumdan 1news.az-a verilən məlumata görə, Elektron Təhlükəsizlik Xidməti ölkə üzrə bəzi informasiya sistemlərini hədəfləmiş və istifadəçi giriş məlumatlarının ələ keçirilməsini təmin edən “infostealer” tipli zərərli proqram təminatının fəaliyyəti ilə bağlı göstəriciləri müəyyən edib.

İlkin təhlil nəticəsində ölkə üzrə 859 kompüterin sistemi sözügedən zərərli proqram təminatına yoluxub və həmin sistemlərdən 54 924 ədəd istifadəçi adı və şifrə məlumatı ələ keçirilib.

Hazırda Xidmət məlumatların təhlili, potensial qurbanların müəyyən edilməsi, eyni zamanda mümkün təsir dərəcəsinin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində metodoloji dəstəyin göstərilməsi üzrə aktiv fəaliyyət aparır.

Qeyd edək ki, əldə olunan göstəricilər operativ şəkildə emal olunaraq aidiyyəti qurumlara birbaşa təqdim ediləcək.

Elektron Təhlükəsizlik Xidməti bütün təşkilat və vətəndaşları kibertəhlükəsizlik tədbirlərini gücləndirməyə, şübhəli fəaliyyət halları müşahidə edildikdə 1654 “Qaynar xətt”i və ya [email protected] elektron poçt ünvanı vasitəsilə məlumat verməyə çağırır.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər