Daxili işlər naziri Gürcüstana səfər edib, birgə saziş imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Daxili işlər naziri Gürcüstana səfər edib, birgə saziş imzalanıb

Qafar Ağayev12:30 - 21 / 11 / 2025
Daxili işlər naziri Gürcüstana səfər edib, birgə saziş imzalanıb

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 21-də Gürcüstana səfər edib.

DİN Mətbuat Xidmətindən 1news.az-a bildirilib ki, nazir Vilayət Eyvazov Tbilisidə Gürcüstanın daxili işlər naziri Geka Geladze ilə görüşü olub.

Görüşdə ölkələrin Daxili İşlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib.

Səfər çərçivəsində nazirliklər arasında qarşılıqlı informasiya mübadiləsi, əməkdaşlıq və birgə təhlükəsizlik tədbirlərinə dair saziş imzalanıb.

Paylaş:
911

Son xəbərlər

Bütün xəbərlər