Rusiyanın müdafiə naziri Azərbaycanda Xəzərin təhlükəsizliyi məsələlərini müzakirə edəcək | 1news.az | Xəbərlər
Siyasət

Rusiyanın müdafiə naziri Azərbaycanda Xəzərin təhlükəsizliyi məsələlərini müzakirə edəcək

15:08 - 15 / 08 / 2016
Rusiyanın müdafiə naziri Azərbaycanda Xəzərin təhlükəsizliyi məsələlərini müzakirə edəcək

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Azərbaycanan səfəri çərçivəsində həmkarı, general-polkovnik Zakir Həsənovla hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini, həmçinin Xəzər bölgəsinin təhlükəsizliyini müzakirə edəcək.

1news.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bundan əlavə tərəflər Xəzər dənizində əməkdaşlıq məsələlərini də müzakirə edəcək.

“Ümid edirəm ki, ötən il hazırladığımız lahiyələr və proqramlar bu il bütünlüklə həyata keçiriləcək”, - deyə Şoyqu qeyd edib.

Öz növbəsində, general-polkovnik Zakir Həsənov S.Şoyqunun səfərinin Azərbaycan və Rusiya arasında ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın inkişafı baxımından böyük önəm daşıdığını bildirib.

Qeyd edək ki, bundan öncə bazar ertəsi Rusiyanın müdafiə naziri Ümummilli lider Heydər Əliyevin məzarına gül qoyub.

1news.az

Paylaş:
459

Son xəbərlər

Bütün xəbərlər