“Şərq tərəfdaşlığı” XİN başçılarının növbəti görüşünün vaxtı məlum olub | 1news.az | Xəbərlər
Siyasət

“Şərq tərəfdaşlığı” XİN başçılarının növbəti görüşünün vaxtı məlum olub

12:14 - 18 / 08 / 2016
“Şərq tərəfdaşlığı” XİN başçılarının növbəti görüşünün vaxtı məlum olub

Avropa İttifaqı “Şərq tərəfdaşlığı” ölkələri (Ukrayna, Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova) xarici işlər nazirlərinin növbəti qeyri-rəsmi görüşünün vaxtı məlum olub.

1news.az-ın APA-ya istinadən verdiyi məlumatına əsasən, bu barədə Ukrayna xarici işlər naziri Pavel Klimkin Ukraynanın “5-ci kanal”ına müsahibəsində deyib.

Onun sözlərinə görə, görüş sentyabrın 3-də baş tutacaq.

Ukraynalı diplomat həmçinin bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer sentyabrın 1-dəATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünü keçirməyi planlaşdırır.

1news.az

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər