İrandan Azərbaycana narkotik maddə keçirməyə cəhd edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana narkotik maddə keçirməyə cəhd edilib

1news Redaksiyası14:02 - 24 / 08 / 2016
İrandan Azərbaycana narkotik maddə keçirməyə cəhd edilib

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Komitədən bildirilib ki, yoxlama zamanı həmin şəxsin üzərində gömrük nəzarətindən gizlədilmiş 1 ədəd bükümdə, xalis çəkisi 0,52 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
595

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər