Kanalda balıq tutan Füzuli sakini suya düşərək boğulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Kanalda balıq tutan Füzuli sakini suya düşərək boğulub

15:03 - 25 / 08 / 2016
Kanalda balıq tutan Füzuli sakini suya düşərək boğulub

Kanalda balıq tutan şəxs ehtiyatsızlığının qurbanı olub.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, avqustun 23-də Füzuli rayon sakini Maksim Məhərrəmov Aranqala qəsəbəsi ərazisindən keçən kanaldan balıq tutarkən ehtiyatsızlıqdan suya yıxılaraq boğulub. Meyit sudan çıxarılıb.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

1news.az

 

Paylaş:
541

Son xəbərlər

Bütün xəbərlər