Dini radikalizmə qarşı mübarizə yolları müzakirə olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dini radikalizmə qarşı mübarizə yolları müzakirə olunub - FOTO

18:01 - 25 / 08 / 2016
Dini radikalizmə qarşı mübarizə yolları müzakirə olunub - FOTO

Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində rayon ərazisindəki dini icmaların rəhbərlərinin və dindarların iştirakı ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

1news.az-a DQİDK-dan verilən xəbərə görə, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ədalət Teymurov Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu, multikulturalizmin ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəldiyini və həyat tərzi olduğunu bildirib. Həmçinin dini radikalizm və ekstremizmə qarşı mübarizədə dövlətimizin hər zaman Azərbaycan cəmiyyətinin, dindarların yanında olduğunu qeyd edib.

DQİDK-nın nümayəndəsi Əliheydər Zülfüqarov dini radikalizmə qarşı mübarizə metodlarından, bu sahədə dini icmaların üzərinə düşən vəzifələrdən, dini maarifləndirmə işinin təşkili prinsiplərindən söhbət açıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov çıxışında Sabunçu rayonu ərazisində fəaliyyət göstərən məscidlər və dini icmalarla bağlı məlumat verib, rayon ərazisində və ümumilikdə Bakı şəhərində dini radikalizmə və ekstremizmə qarşı həyat keçirilən mübarizə tədbirlərindən, yerli icra strukturları və hüquq-mühafizə orqanları, eləcə də Qafqaz Müsəlmanları İdarəsi ilə koordinasiyalı fəaliyyətin təşkili nəticəsində əldə olunan müsbət nəticələrdən danışıb.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

1news.az

Paylaş:
671

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər