Washington Times: Dağlıq Qarabağ Ermənistanın silahlı qüvvələrinin köməyi ilə qanunsuz şəkildə işğal olunan ərazidir
Bu yaxınlarda Rusiyanın aparıcı politoloqlarından biri, Yaxın Şərq İnstitutunun rəhbəri Vladimir Satanovskiy Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu haqda ağlasığmaz bəyanat verib.
Cari ilin yayında Dağlıq Qarabağa qanunsuz səfər etdikdən sonra Satanovskiy qeyd edib ki, onun fikirncə, Qarabağın Azərbaycana aid olması haqda məsələ hərbi məntiq və real siyasət nöqteyi-nəzərindən tamamilə bağlanıb.
“Azərbaycan istədiyi qədər insan məhv edə bilər, bunun üçün istənilən miqdarda zaman və vəsait istifadə edə bilər, lakin, açıqcası, bunda məna azdır. Əlbəttə ki, müharibənin Azərbaycan ərazisinə keçməsini istəmək istinsa olmaqla”, - deyə o müsahibələrin birində bildirmişdi.
1news.az-ın verdiyi məlumata əsasən, Washington Times dərgisində dərc edilən məqaləsində Aleksand Murinson Moskvada bəzi şəxslərin bu cür, beynəlxalq hüquqa tam laqeyd olan, mövqe sərgilədiklərini yazır.
“Və belə bir mövqe Rusiyanın, məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etmək olan, ATƏT Minsk qrupunda üzvlülük fonunda cərəyan edir.
Bu hal beynəlxalq narahatçılığı yüksəltməli, ABŞ və Minsk qrupunun digər üzvləri tərəfindən diplomatik reaksiya sərgiləməyə vadar etməlidir”, - deyə müəllif öz məqaləsində hiddətlənir.
Murinson qeyd edir ki, bunun ümumi olaraq Cənubi Qafqazda güclü qeyri-sabitlik yaratdığını və Qərbi Avropanın enerji təhlükəsizliyinə ciddi təsir edəcəyini nəzərə alaraq, Moskvanı Qərbin, Ermənistan tərəfindən başladılan döyüşlərin Moskvanın səssiz razılığı olmadan həyata keçirilməsinin mümkün olmadığının, yaxşı anladığı haqda xəbərdar etmək olduqca vacibdir.
Onun sözlərinə görə, vəziyyəti daha da ağırlaşdıran məsələ odur ki, cari ilin aprel ayında Dağlıq Qarabağda baş verən toqquşma, erməni millətçilərini birtərəfli olaraq “Dağlıq Qarabağın müstəqilliyini” tanımaq haqda məsələnin qaldırılmasına sövq edib.
“Bununla İrəvan Azərbaycanın gələcək hərbi uğurlarının qarşısının alınması amili qismində Qarabağın mümkün tanınması üçün zəmin yaratmağa çalışırdı. Daha sonra, böyük ehtimalla, beynəlxalq ictimayyətin təzyiqi qarşısında addım atmanın və Ermənistanın sülh yolu ilə həllinə “ümidlərinin” şahidi olacaqdıq.
Bu arada, Bakı öz bəyanatında Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin tanınmasının sülh prosesinin faktiki məhvinə aparacağını vurğulamışdı.
Mayın 3-ü Azərbaycan XİN-nin mətbuat katibi bəyan etmişdi ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən qurulmuş qanunsuz rejimin tanınması rəsmi İrəvanın ATƏT Minsk qrupu çərçivəsində rəsmi danışıq prosesinə son qoyması anlamına gələcək.
Bəyanatda həm də qeyd edilir: “Bu təqdirdə Ermənistan ATƏT Minsk qrupu çərçivəsində danışıqlar aparmaq mandatından məhrum olacaq. Bu beynəlxalq ictimaiyyətə qarşı çağırış olacaq ”, - deyə müəllif yazır.
Aleksandr Murinson iddia edir ki, Ermənistan beynəlxalq ictimaiyyətin mövqesinə zidd olaraq bu Dağlıq Qarabağ bölgəsini rəsmi olaraq tanımaq qərarına gəlsə Azərbaycan bu məsələ ilə bağlı İrəvanla hər hansısa danışıqlar aparmayacaq.
“Bundan əlavə, Türkiyə açıq-aydın Azərbaycanın mövqeyini dəstəkləydi.
Gəlin təkzibolunmaz faktlara baxaq və qəbul edək ki, Dağlıq Qarabağ, Ermənistanın silahlı qüvvələrinin köməyi ilə qanunsuz şəkildə işğal olunan, ərazidir.
Bu ərazi yalnız Rusiyanın təhlükəsizlik çətiri altında “yaşamını” sürdürən qanunsuz rejimlər – Abxaziya, Cənubi Osetiya və Dnestryanı tərəfindən tanınıb. Bu Moskvanın bu həssas bölgədə vəziyyətin qərginləşməsi ilə bağlı olduğunun bariz nümunəsidir”, - deyə müəllif nurğulayır.
Məqalənin originalını burada oxuya bilərsiniz.
1news.az