Azərbaycana qaçaqmalçılıqla telefon gətirməyə cəhd edilib
Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana mobil telefonların qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısı alınıb.
1news.az xəbər verir ki, bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Komitədən bildirilib ki, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 15 ədəd “Samsunq” markalı mobil telefon və mobil telefonlara aid xeyli miqdarda aksesuar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
1news.az
514