“Rossiya 1” telekanalı Azərbaycanda Fətullah Gülən tərəfdarlarının ifşa olunması ilə bağlı geniş reportaj hazırlayıb – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

“Rossiya 1” telekanalı Azərbaycanda Fətullah Gülən tərəfdarlarının ifşa olunması ilə bağlı geniş reportaj hazırlayıb – VİDEO

16:24 - 29 / 08 / 2016
“Rossiya 1” telekanalı Azərbaycanda Fətullah Gülən tərəfdarlarının ifşa olunması ilə bağlı geniş reportaj hazırlayıb – VİDEO

Azərbaycanda nurçular və “Hizmet” hərəkatının lideri Fətullah Gülən tərəfdarlarına qarşı keçirilən genişmiqyaslı əməliyyatlar Rusiya KİV-inin diqqətini çəkib.

“Rossiya 1” telekanalıda bu mövzu ilə bağlı Andrey Qriqoryevin geniş reportajı yayımlanıb.

“Bakı küçələrdində həngamədir. Prokurorluq və polis, həbs edilmə və axtarışlar və hər bir mənzildə ABŞ-da yaşayan türk təbliğatçı, eləcə də Azərbaycanda qanunsuz fəaliyyət göstərən “Hizmet” hərəkatının lideri Fətullah Gülənin kitab və məqalələri tapılır”, - bu sözlərlə A.Qriqoryev reportaja başlayır.

Daha sonra isə Azərbaycanın Baş Prokurorluğunun xüsusi işlər üzrə müstəntiqi Orxan Babayevin şərhləri verilir:

“Azərbaycan ərazisində xaricdə fəaliyyət gösətərn “Hizmet” hərəkatının lideri Fətullah Gülənin rəhbərliyi ilə fəallıq müşahidə olunurdu. Lakin nurçu təbliğatçının fəaliyyəti dövlətin tamamilə şəriət qaydalarına uyğun şəkildə idarə olunmasından ibarətdir”.

Azərbaycan qanunvericiliyinə istinad edərək reportajın müəllifi qeyd edir ki, dini nifrət oyadaraq və vəzifə səlahiyyətlərindən sui-istifadə halları qəbuledilməzdir:

 “Müxalifət lideri Əli Kərimliyə yaxın şəxslər ­– Xalq Cəbhəsi Partiyasının gənc rəhbərlərindən biri Fuad Əhmədli və “Azadlıq” qəzetinin rəhbəri Faiq Əmirov həbs edilib. Yerli “gülənçilərin” proqramı “Azərbaycan saatı” demək olar ki, hər çıxışında konstitusiya quruluşunun devrilməsindən bəhs edir. Bu veriliş istər Azərbaycanda, istərsə də Türkiyədə qadağan edilsə də, Qənimət Zahidin müəllifliyi ilə internetdə hələ də yayımlanır. İndi Q.Zahid istinataqdan qaçır. Hətta verilişin yayımlandığı ölkə də məxfiləşdirilib.

Türkiyədə Gülən tərəfindən təşkil edilmiş dövlət çevrilişinə cəhdin sonra qonşu Azərbaycanda da onun tərəfdaşalarının həbs olunmasına qərar verilib. Və aydınlaşıb ki, hələ 90-cı illərin əvvəlində onlar yerli media (bir sıra qəzet və telekanal bununla əlaqədar bağlanılıb) və təhsil sisteminə sirayət ediblər.

Onun sözlərinə görə, Gülən tərəfdarları gənc yaşlarından liseylərdə hazırlanıb. Bakıda həmin liseylərin sayı 11-dir. İndi isə həmin müəssisələr dövlət idarəetməsindədir. 

Daha sonra isə Bakı Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyevin sözləri şərh olunur:

“Beynəlxalq Təhsil Komplekslərinə məxsus olan binalarda indi dövlət məktəblərinə çevrilmiş pilot siniflər formallaşdırlır. Yəni bu təhsil ocaqları dövlətin tərkibinə keçirilib”.

Müəllif qeyd edir ki, gülənçilər öz təbliğatlarını səliqəli və təvəzökarcasına aparırdılar. Təhsilin sonunda bir sıra liseylilər Fətullah Gülənin sözlərini peyğəmbər kəlamı olaraq qəbul edirdilər və bunlara riayət olunmasına çalışırdılar:

Bununla bağlı teoloq Anar Əlizadə bildirib ki, F.Gülən öz tərəfdarlarının sözsüz olaraq ona tabe olmasını tələb edirdi:

“Gülən tərəfdarlarına inandırırdı ki, ona tabe olmaq, peyğəmbər Məhəmmədə tabe olmaq deməkdir. Peyğəmbərə tabe olmaq isə Allaha tabe olmaqdır. Yəni siz ona tabe olmasanız Cəhənnəmə vasil olacaqsınız”.

Qriqoryev qeyd edir ki, Azərbaycanda əsrlər boyu bir çox dinlər mehriban şəraitdə yaşayıb:

“İmamlar ravinlərlə, provaslavlar isə keşişlərlə dostluq edib. Müxtəlif dini konfessiyalardan olan nümayəndələr qeyd edirlər ki, bu cür radikal cərəyanların daxilə sirayət etməsi bu cür incə bərabərliyi poza bilərdi”.

Rus pravoslav kilsəsinin Bakı Yeparxiya idarəsinin baş kahini Konstantin Pominov çıxışında bildirib:

“Faktiki olaraq xalqın manqurtlaşması, beyinlərin yuyulması və ideologiyaların aşılanması prosesi gedir. Bununla yanaşı, saxta dini cərəyanlar xalqın adət-ənənəsinin unudulmasına, öz keçmişinin yaddan çıxarılmasına yönəlib. Bu, dəhşətlidir”. 

Müəllif qeyd edir ki, Gülən tərəfdarları bütün Azərbaycanda çaxnaşma yaratmaq istəyirdilər:

Bakıda geniş bir ərazidə Qafqaz Universiteti yerləşdirdi. Beş hektar ərazidə olan bu universitetdə təhsil çox bahalı idi. Bu təhsil ocağı tək Azərbaycanda deyil, bütün regionda yeganə universitetdir ki, dünyanın ən qabaqcıl təhsil müəssisəsidir. Uzun müddət onun daxilində baş verənləri heç kim aşkarlaya bilmirdi”.   

Müəllif bütün Azərbaycan və onu hüdudlarından ən istedadlı gənclərin bu təhsil ocağında toplaşması faktına diqqət yetirir. Universitetin reklam çarxında Avropa, Asiya, Afrika, hətta Rusiyadan da tələbələr iştirak edir.

Qafqaz Universitetinin elmi işlər üzrə prorektoru Niftəli Qocayev bildirir ki, 50 türk mütəxxəsisi, eləcə də elmi işlər üzrə prorektor, fakültə dekanları vəzifəsindən azad eidlərək onların yerinə azərbaycanlı mütəxxəsislər cəlb edilib.

Qriqoryev qeyd edir ki, Qafqaz Universitetinin tələbələri qısa zaman ərzində dövlət müəssisələrində aparıcı vəzifələrdən birini tutmalı idi. Uzunmüddətli perspektivdə isə dövləti ələ keçirməli idilər.

Azərbaycan Mətbuat Şurasının üzvü Azər Həsrətin gülənçilərin Azərbaycanda məktəb, universitetə, mediaya daxil olaraq “Zaman Azərbaycan” qəzetini açmaları ilə bağlı fikirlərini dilə gətirib. Bununla belə, A.Həsrət həmin universitetdə iki il təhsil aldıqdan sonra burada “müsəlman təbliğatından” şübhələnərək oranı tərk edib.

 “Onlarda belə bir hücrələr vardı. Abi – böyük qardaş, öz mənzilində gəncləri saxlayır, buna daha iki nəfər də ayrılır”.

Qriqoryev sözlərinə əlavə edir ki, “Hizmet”ə xidmət etmək qlobal məqsdələrə nail olmaq üçün yaxşıca maskalanmaqdır.

“Gülən təlimində “tədbir” adlı anlam da var. Bu, Gülənçi onu ifşa edilməsin deyə, hətta şeytan kimi görünə də bilər deməkdir”.

Sonda müəllif qeyd edir ki, bütün bu genişmiqyaslı, gizlədilmiş sistem əlbəttə ki, ciddi maliyyə tələb edirdi. Hazırda azərbaycanlı müstəntiqlər bu gəlirin mənbəyini araşdırırlar:

“Bir sıra yüksəkgəlirli biznesmenlər artıq hüquq mühafizə orqanlarının diqqətindədirlər.  Lakin onların adı hələlik açıqlanmır”.

1news.az

Paylaş:
1438

Son xəbərlər

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21
Bütün xəbərlər