İlham Əliyev Malayziyanın ali başçısını təbrik edib
Prezident İlham Əliyev Malayziyanın XIV ali başçısı Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişaha təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Əlahəzrət,
Malayziyanın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Malayziya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.
1news.az
660