Sabah Bakıda və bəzi rayonlarda təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Avqustun 31-də saat 10-dan 18-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zığ”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Borsunlu”, “Dəliməmmədli” və “Zazalı”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə”, həmçinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Taxtalar” və “Siyəzən Broyler” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Bu barədə 1news.az-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Təmir müddətində Samux rayonunun Əliuşağı, Zazalı və Qiyaslı kəndlərinin, eyni zamanda, Goranboy rayonunun Dəliməmmədli və Borsunlu kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakının Xətai və Suraxanı, həmçinin Şabran, Siyəzən, Bərdə və Göygöl rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.
1news.az