İlham Əliyev Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-nazirini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-nazirini qəbul edib

10:56 - 30 / 08 / 2016
İlham Əliyev Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-naziri Motome Takisavanı qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı Motome Takisavanın ölkəmizə səfərinin Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını, ölkələrimiz arasındakı mövcud dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. İyirmi ildən artıq bir müddət ərzində ölkələrimizin uğurlu əməkdaşlığının həyata keçirildiyini deyən Prezident İlham Əliyev əlaqələrimizin bir çox sahələri əhatə etdiyini vurğuladı.

Ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin mövcud olduğunu qeyd edən dövlətimizin başçısı Yaponiyanın çoxlu sayda şirkətlərinin ölkəmizdə müxtəlif layihələrdə iştirak etdiyini, biznes strukturları arasında əlaqələrin yaxşı perspektivləri olduğunu bildirdi. “Bizim əlaqələrimiz çoxşaxəlidir”, - deyən Prezident İlham Əliyev əməkdaşlığımızın bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə etdi, bu səfərin əlaqələrimizin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından önəmini vurğuladı.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin yeni mərhələyə qaldırılması üçün əlverişli imkanların olduğu qeyd edildi, neft-qaz, yüksək texnologiyalar, kənd təsərrüfatı, əczaçılıq, təhsil və digər sahələrdə əməkdaşlıq haqqında ətraflı fikir mübadiləsi aparıldı, bu sahələrin yaxşı perspektivləri olduğu bildirildi.

Prezident İlham Əliyevin idmanı qəlbən sevən bir dövlət xadimi olması barədə məlumatlı olduqlarını deyən Motome Takisava Azərbaycanın idman sahəsində əldə etdiyi uğurların maraqla izlənildiyini bildirdi. O, birinci Avropa Oyunlarının Bakıda uğurla keçirildiyini vurğulayaraq Azərbaycan Respublikasının Prezidentinə 2020-ci il Tokio Olimpiadasına Yaponiya tərəfinin dəvətini çatdırdı. Qonaq Azərbaycan və Yaponiya idmançılarının Rio-de-Janeyro Olimpiadasında uğurlu nəticələr əldə etməsini məmnunluqla qeyd etdi.

Dövlətimizin başçısı 2020-ci il Yay Olimpiya Oyunlarının Tokioda keçirilməsi ilə bağlı təbriklərini çatdırdı və bu tədbirin də yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə etdi.

1news.az

 

Paylaş:
842

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər