“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminə başlanılır
2016-2017-ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə əlavə ixtisas seçimi 1-6 sentyabr 2016-cı il tarixlərində həyata keçiriləcək.
1news.az Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlər Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Əlavə ixtisas seçimində I mərhələdə iştirak etməyən namizədlərin də müraciət etməsinə imkan yaradılacaq. 11-26 avqust 2016-cı il tarixlərində keçirilən ilk mərhələ üzrə 3245 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Qeyd edək ki, “ASAN peşə” layihəsi Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində pilot olaraq reallaşdırılır.
1news.az