Bakıda Azərbaycanın mədəni irsinə həsr olunan sərgi keçirilib – FOTO
Yaxın günlərdə “Art Villa” qalereyasında “Mədəni irs fotolarda” adlı sərginin açılışı baş tutdu.
Tədbir Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Azərbaycanın mədəniyyət konsulluğunun dəstəyilə “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən təşkil olunmuşdu.
Sərginin əsas məqsədi ölkəmizin mədəniyyətinin memarlıqdan tutmuş dekorativ-tətbiqi sənətə qədər hərtərəfli nümyiş etdirməkdən ibarətdir. Ekspozisiyada Azərbaycanın gəzməli yerləri ilə bağlı çoxlu sayda fotolar təqdim edilmişdi. Burada Köhnə şəhərin küçələri, ulu babalarımızdan yadigar qalmış ənənəvi sənətkarlıq nümunələrini düzəldən ustaların əl işləri və bir çox əsərlər təqdim edilmişdi.
Foto-rəssam Rüstəm Hüseynovun sözlərinə görə, müvafiq tematikaya uyğun olaraq istənilən kəs bu layihədə iştirak edə bilər. Bununla yanaşı, sərgidə əsərin bədii tərəfindən daha çox, milli koloritin əks olunmasına yönəlmişdi. Buna görə də, məşhur müəlliflərlə yanaşı, bu sənətə yenicə qədəm qoyanlar da iştirak edə bilər.
Tədbirin fotolarını təqdim edirik:
1news.az
Foto: Orxan Sultanov