Azərbaycanda doğum göstəricisi nə qədərdir? – AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda doğum göstəricisi nə qədərdir? – AÇIQLAMA

12:50 - 31 / 08 / 2016
Azərbaycanda doğum göstəricisi nə qədərdir? – AÇIQLAMA

“1993-cü illə müqayisədə ölkə üzrə körpə ölümü göstəricisi üç dəfəyə yaxın azalıb”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu baş pediatr Nəsib Quliyev K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda keçirilən tədbirdə deyib.

O bildirib ki, əgər 1993-cü ildə hər 1000 nəfər diri doğulana ölüm göstəricisi 28,2 promilli təşkil edirdisə, 2005-ci ildə bu göstərici 12,7 promilliyə, 2014-cü ildə isə 10,2 promilliyə qədər azalıb.

Baş pediatr qeyd edib ki, hazırda Azərbaycanda uşaqlar 11 yoluxucu xəstəliyə qarşı dövlət hesabına peyvənd olunurlar:

“Qızılca və məxmərək xəstəliyinin ölkə səviyyəsində ləğv edilməsinə görə Azərbaycan 53 Avropa ölkəsi içərisində birinci onluqda yer alıb. Hazırda su çiçəyinə qarşı peyvəndin aparılmasına hazırlıq görülür”.

2012-ci ildə Azərbaycanda 176 400 uşağın doğulduğunu söyləyən N. Quliyevin sözlərinə görə, 2012-ci ildən bu rəqəm 170-175 min arasında dəyişir:

“2016-cı il iyulun 1-nə olan rəqəmlərə əsasən hazırda Azərbaycan əhalisinin sayı 9 milyon 755 min 500 nəfərdir. Əhalin sayı il ərzində orta hesabla 1% artır. Eyni zamanda, Azərbaycanda doğum göstəricisi ölüm göstəricisini 2 dəfə qabaqlayır”.

1news.az

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər