Azərbaycan Prezidenti öz vyetnamlı həmkarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti öz vyetnamlı həmkarını təbrik edib

18:46 - 01 / 09 / 2016
Azərbaycan Prezidenti öz vyetnamlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamın prezidenti Çan Day Kuanqı ölkənin milli bayramı münasibəti ilə təbrik edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumata əsasən, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Vyetnam əlaqələrinin hazırkı dinamik inkişafı məmnunluq doğurur. Əminəm ki, tarixən xoş ənənələrə əsaslanan dostluq əlaqələrimizin möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə və ölkələrimizin rifahına xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

1news.az

Paylaş:
389

Son xəbərlər

Bütün xəbərlər