Bakıda özünü dənizə atan iki şəxsdən biri xilas edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda özünü dənizə atan iki şəxsdən biri xilas edildi

17:37 - 02 / 09 / 2016
Bakıda özünü dənizə atan iki şəxsdən biri xilas edildi

Bakıda biri qadın, o biri isə kişi olan iki nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, sentyabrın 1-də Bakı şəhər sakini Şahnaz Cəfərova Səbail rayonundakı “Milli Park” ərazisində özünü dənizə atıb. Ş.Cəfərova xilas edilərək xəstəxanaya yerləşdirilib.

Həmin gün eyni ərazidə özünü dənizə atan Bakı şəhər sakini Müşfiq Kələntərovu isə xilas etmək mümkün olmayıb. Onun meyiti sudan çıxarılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
730

Son xəbərlər

Bütün xəbərlər