İlham Əliyevdən təbrik məktubu | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyevdən təbrik məktubu

18:17 - 02 / 09 / 2016
İlham Əliyevdən təbrik məktubu

Azərbaycan prezidenti İlham Əliyev San-Marino Respublikasının kapitan-regentləri Can Nikola Berti və Massimo Andrea Uqolinini ölkələrinin milli bayramı münasibəti ilə təbrik edib.

1news.az Azərtac-a istinadən xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost San-Marino xalqına daim sülh və rifah diləyirəm”.

1news.az

Paylaş:
706

Son xəbərlər

Şamaxıda zəlzələ olub

07 / 06 / 2026, 18:49

Karapetyan səs verib

07 / 06 / 2026, 12:39

Nikol Paşinyan səs verib

07 / 06 / 2026, 10:39
Bütün xəbərlər