Rasim Musabəyov Ara Papyana “dəlilsiz danışmamaq” üçün internetdə araşdırmalar aparmağı məsləhət gördü | 1news.az | Xəbərlər
Siyasət

Rasim Musabəyov Ara Papyana “dəlilsiz danışmamaq” üçün internetdə araşdırmalar aparmağı məsləhət gördü

10:41 - 02 / 09 / 2016
Rasim Musabəyov Ara Papyana “dəlilsiz danışmamaq” üçün internetdə araşdırmalar aparmağı məsləhət gördü

Azərbaycan Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov erməni ekspert Ara Papyana Facebook səhifəsində bəyan etdiyi məntiqsiz qeydi ilə bağlı məsləhət verib.

“Modus Vivendi” analitik mərkəzinin rəhbəri Ara Papyana sentyabrın 1-də İrəvanda mətbuat konfransı zamanı Azərbaycanın Rusiya ilə gücləndirilmiş əlaqələri ilə bağlı narahatlığını ifadə edib.

Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupuna daxil olan yeganə ölkədir ki, münaqişə tərəflərinə (hər iki tərəfə) silah satır”, - Musabəyov qeyd edir.

“Ermənistanın müttəfiqi olaraq Rusiya öz müttəfiqinin düşməninə silah satır. Bu, dünya tarixində görünməmiş hadisədir”, - Papyan qeyd edib.

Erməni analitikinin Moskva ilə Bakının yaxınlaşması məsələsindən müyyən narahatlığı olmalıdır. Lakin silah verilməsi məsələsi ilə bağlı erməni diplomata bir sıra dəlillər sübut edilməldir.

Belə ki, ABŞ İsrail ilə müttəfiqdir və uzun illərdir ki, bu ölkəni milyard dollar dəyərində müasir silahlarla təchiz edir.

Eyni zamanda, Vaşinqton Kemp-Devid razılaşmasına əsasən uzun illərdir ki, Misir və İordaniyaya pulsuz olaraq silah göndərir. ABŞ eləcə də, öz aralarında münaqişə aparan Türkiyə və Yunanıstanı da silahla təchiz edir. Bundan əlavə, Böyük Britaniya da düşmən münasibətlərində olan Hindistan və Pakistana da silah satır”, - Rasim Musabəyov xatırladır.

“Əgər Papyan internetdə araşdırmalar etsə, o zaman bu məsələ ilə bağlı fikir dairəsini genişləndirər. Eləcə də, dəlilsiz, sübutsuz olaraq “dünya tarixində görünməmiş hadisələrdən” bəhs etməz”, - azərbaycanlı ekspert sonda sözlərinə əlavə etdi.

1news.az

Paylaş:
667

Son xəbərlər

Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27
Bütün xəbərlər