Azərbaycanlı hakerlər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məxfi məlumatlarını ələ keçirib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanlı hakerlər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məxfi məlumatlarını ələ keçirib – FOTO

16:55 - 05 / 09 / 2016
Azərbaycanlı hakerlər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məxfi məlumatlarını ələ keçirib – FOTO

“Anti-Ermənistan” komandasından olan azərbaycanlı hakerlər Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin məxfi məlumatlarının dərc ediblər.

Bu məlumatlar arasında istər Ermənistan vətəndaşları, istərsə də bu ölkəyə səfər edən əcnəbilərə aid məxfi informasiyalar yer alıb, bu haqda HackRead resursu məlumat yayır.

Qeyd olunur ki, skan edilmiş sənədlər içərisində Hindistan, Çin, Gürcüstan, İran, İngiltərə və ABŞ vətəndaşlarının pasportları da var. Hakerlər həmçinin amerikalı diplomatların digər ölkələrdə böhtan xarakterli məlumatlarını da ələ keçirib.

HackRead nəşrinə ekslüsiv müsahibə verən “Anti-Ermənistan” haker komandasından üzvlərindən biri bəyan edib:

“Biz bəyan edirik ki, Ermənistan vətəndaşların, hətta bu ölkəyə gələnlərlə bağlı şəxsi məlumatları ələ keçirmişik. Belə ki, istər müharibədə, istərsə də sevgidə bütün üsullar labüddür. Ermənistanla müharibə şəraitində olduğumuz üçün bu, onlar dayananan qədər davam edəcək”.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti İcra orqanlarını təmsil edir ki, bu da milli təhlükəsizlik baxımından ölkənin idarə olunması ilə bağlı müvafiq siyasəti həyata keçirir.

Bu, “Anti-Ermənistan” haker komandasının Ermənistanın Xüsusi Xidmətinin məlumatlarının oğurlaması ilə bağlı ilk bəyanatı deyil. Belə ki, 2013-cü ilin oktyabrında hakerlər Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin bir sıra gizli sənədlərinə yol tapa bildiklərini bildirmişdilər.

Öz növbəsində “Monte Melkonyanın kiber ordusu” adlı erməni hakerlər qeyd ediblər ki, yuxarıdakı hücum yalandır.

Lakin The Register nəşrinin yaydığı məlumata görə, sızdırılan məlumatlar doğrudur. Lakin məlumatın sızdırılması haker hücumundan daha çox insayder fəallığına bənzəyir, deyə onlayn nəşr qeyd edib.

“İnsidentlə tanışam və təsdiq edə bilərəm ki, bu cür hücumlar olub, sənədlər isə saxtadır. Belə ki, həmin məlumatlar sistemdən deyil, hansısa şəxsdən oğrulandığı ehtimal edilir”, - mənbə qeyd edib.

1news.az

Paylaş:
830

Son xəbərlər

Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35
Bütün xəbərlər