Ad, ata adı və soyadın dəyişdirilməsi sadələşdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Ad, ata adı və soyadın dəyişdirilməsi sadələşdi

17:51 - 05 / 09 / 2016
Ad, ata adı və soyadın dəyişdirilməsi sadələşdi

Ədliyyə Nazirliyinin Kollegiyası “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”i təsdiq edib.

1news.az APA-nın məlumatına görə, bu elektron xidmət istifadəçilərin qeydiyyat orqanına getmədən adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin elektron formada qəbulu qaydalarını müəyyən edir.

Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən (http://www.e-gov.az; http://exidmet.justice.gov.az ) bu elektron xidmətin digər icraçıları Daxili İşlər Nazirliyinin rayon və şəhər polis orqanlarıdır. Elektron xidmət qismən avtomatlaşdırılıb. Elektron xidmətin icra müddəti 25 gündür. Ancaq polis orqanı tərəfindən rəyin verilməsi üçün tələb olunan müddət və xarici dövlətlərdə doğulmuş Azərbaycan vətəndaşının adının, ata adının və soyadının dəyişdirilməsi haqqında müraciət üzrə müvafiq akt qeydlərinin xarici ölkələrin səlahiyyətli orqanlarından əldə edilməsi müddəti istisna edilir.

Elektron xidmətin göstərilməsinin nəticəsində adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı aparılaraq adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə və ya adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə imtina barədə qərar  istifadəçiyə təqdim edilir. 18 yaşına çatmış fiziki şəxslərin istifadəçisi ola biləcəyi elektron xidmət üzrə ödənişə 10 manat dövlət rüsumu daxildir.

Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti 25 gündən artıq olmamalıdır.

1news.az

Paylaş:
2070

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər