Erməni təxribatına cavab verildi | 1news.az | Xəbərlər
Siyasət

Erməni təxribatına cavab verildi

10:08 - 05 / 09 / 2016
Erməni təxribatına cavab verildi

Uruqvayın “La Republica” qəzetinin və Uruqvay Xəbərlər Agentliyində (UYPRESS) portallarında erməni icmasının təxribatına cavab verilib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Uruqvayın həmin portallarda bu ilin 2 sentyabr tarixində Montevideoda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin ("dqr") "25-ci müstəqillik günü" ilə bağlı keçirilmiş "Dağlıq Qarabağ Forumu" adlı tədbirlə əlaqədar Ermənistan-Azərbaycan münaqişəsi və ölkəmizlə bağlı qərəzli və təhrif edilmiş məlumatlara əsaslan dərc olunmuş məqalələrə cavab olaraq həmin portallarda diplomatik nümayəndəliyin təşəbbüsü ilə ölkəmizin mövqeyini əks etdirən  "Ermənistan Azərbaycan ərazilərini işğal edir" və "Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir" adlı məqalələr dərc edilib.

Həmin məqalələrdə Xarici İşlər Nazirliyinin 30 avqust 2016-cı il tarixli bəyanatına uyğun olaraq Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olması və beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizin tərkib hissəsi kimi tanınması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz edərək Dağlıq Qarabağ və yeddi rayon da daxil olmaqla Azərbaycanın 20% ərazisini işğal etməsi, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirərək bir milyon azərbaycanlını qaçqın və məcburi köçkünə çevirməsi, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını dərhal, tam və qeyd-şərtsiz çıxarmağı tələb edən sənədlər barədə danışılıb.

Habelə Uruqvay erməni icmasının keçirdiyi "Dağlıq Qarabağ Forumu" adlı tədbirin təxribatçı məqsədlərlə təşkil edildiyi, bu tədbirin münaqişənin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri tərəfindən aparılan danışıqlar prosesinə xələl gətirdiyi, regionda davamlı sülhün təmin olunması istiqamətində atılan səylərə fayda vermədiyi, xüsusilə indiki həssas məqamda vəziyyətin gərginləşməsinə və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təbliğinə xidmət etdiyi bildirilib.

Məqalələrə habelə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin göstərən xəritə də əlavə edilib.

Qeyd oluna yazılarla həmin qəzetlərin internet səhifəsindən tanış olmaq mümkündür.

1news.az

http://www.uypress.net/uc_71395_1.html

http://www.republica.com.uy/armenia-ocupa-territorios-azerbaiyan/580670/

Paylaş:
437

Son xəbərlər

Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27
Bütün xəbərlər