Bakıda intihara cəhd: 19 yaşlı qız özünü binadan atmaq istədi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda intihara cəhd: 19 yaşlı qız özünü binadan atmaq istədi

1news Redaksiyası17:57 - 06 / 09 / 2016
Bakıda intihara cəhd: 19 yaşlı qız özünü binadan atmaq istədi

Bakıda daha bir intihara cəhd olub.

1news.az lent.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 1997-ci il təvəllüdlü Məlikova Jalə Zakir qızı Zərifə Əliyeva küçəsində kirayə yaşadığı mənzilin eyvanına çıxaraq özünü atmaq istəyib.

Ərazidə olan polis əməkdaşlarının psixoloji söhbəti nəticəsində onu fikrindən daşındırmaq mümkün olub.

İlkin araşdırma zamanı 19 yaşlı qızın bu addımı ailə münaqişəsi zəminində atdığı müəyyən edilib.

1news.az

Paylaş:
930

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər