Elmar Məmmədyarov: “Türkiyənin sabitliyi bütün region üçün mühüm əhəmiyyət kəsb edir” | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: “Türkiyənin sabitliyi bütün region üçün mühüm əhəmiyyət kəsb edir”

15:11 - 07 / 09 / 2016
Elmar Məmmədyarov: “Türkiyənin sabitliyi bütün region üçün mühüm əhəmiyyət kəsb edir”

Türkiyə regionda və region hüdudlarından kənarda sülh və davamlılığın genişlənməsində və qorunmasında vacib rol oynayır və bu səbəbdən onun özünün sabitliyi bütün region üçün mühüm əhəmiyyət kəsb edir.

1news.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Avropa Şurası Nazirlər Komitəsinin 1263-cü görüşündə çıxışı zamanı deyib:

“Azərbaycan lap əvvəldən qardaş Türkiyədə konstitusiya və demokratik əsaslara qarşı bir qrup tərəfindən törədilmiş bu cinayəti şiddətlə qınamış və ciddi narahatçılığını ifadə etmişdir. Türkiyə Xalqı və Dövləti ilə tam həmrəy olduğumuzu bir daha bildirməklə, biz Türkiyə Xalqı və Dövlətinin birliyi ilə vəziyyətin tam sabitləşəcəyinə əminliyimizi ifadə etdik. Təəssüf ki, çevriliş cəhdi çoxsaylı insan itkisinə səbəb oldu. Fürsətdən istifadə edərək bu cinayətin qarşısının alınması zamanı həyatını qurban vermiş şəxslərin ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm.

Türkiyə regionda və region hüdudlarından kənarda sülh və davamlılığın genişlənməsində və qorunmasında vacib rol oynayır və bu səbəbdən onun özünün sabitliyi bütün region üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Türkiyə ilə xalqlarımız və dövlətlərimizin niyyətinə və bölüşdüyümüz birgə dəyərlərə əsaslanan möhkəm strateji tərəfdaşlığa malikdir. Buna görə də təbii olaraq qardaş millətin qanuni hökumətinə qarşı zorakı çevriliş cəhdi bizim cəmiyyətdə böyük təlaş yaratdı”.

Çevriliş cəhdini açıq şəkildə qınadığına, eləcə də  Türkiyə rəhbərliyinə dəstək ifadə etmək və Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirmək məqsədilə faciəvi hadisələrdən sonra Türkiyəyə səfər etdiyinə görə Estoniyanın sədrliyini təqdir etdiklərini deyən E.Məmmədyarov bildirib ki, bu addımlar təkcə Türkiyədəki qanuni hakimiyyəti dəstəkləmək üçün deyil, həmçinin təşkilatın tərəfdar olduğu ümumi dəyərləri müdafiə etmək üçün vacib idi:

“Biz inanırıq ki, bu mühüm siyasi dəstək Avropa Şurasının sərəncamında olan dəyərli mexanizmlər və vasitələrlə çevrilişdən sonrakı dövrdə Türkiyəyə lazım olacaq yardımı təmin etməklə davam etdiriləcək. Avropa Şurası şübhəsiz bu prosesdə konstruktiv və mühüm rol oynaya bilər. Türkiyə beynəlxalq birliyin üzvlərinin tam və birmənalı dəstəyindən yararlanmalıdır. Bizim Türkiyənin demokratik əsaslarına yönələn hədələrə qarşı Türkiyənın yanında olmaq öhdəliyimiz var.     

Hökumətim adından vurğulamaq istərdim ki, Azərbaycan Türkiyənin yanındadır və onun bütün daxili və beynəlxalq fəaliyyətində Türkiyə hökumətinə öz birmənalı dəstəyini ifadə edir”.

1news.az

 

Paylaş:
665

Son xəbərlər

“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14
Bütün xəbərlər