Azərbaycan və Əfqanıstan arasında hərbi yardım sahəsində saziş təsdiqləndi | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan və Əfqanıstan arasında hərbi yardım sahəsində saziş təsdiqləndi

17:54 - 07 / 09 / 2016
Azərbaycan və Əfqanıstan arasında hərbi yardım sahəsində saziş təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hərbi yardım haqqında Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.

1news.az Azərtac-a istinadən xəbər verir ki, Fərmana əsasən Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hərbi yardım haqqında 2016-cı il iyulun 15-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əfqanıstan İslam Respublikası Hökumətinə bildiriş göndərməsi tapşırılıb.

1news.az

Paylaş:
658

Son xəbərlər

Bütün xəbərlər