İlham Əliyev Ədilə Namazovanı 90 illik yubileyi münasibətilə təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Ədilə Namazovanı 90 illik yubileyi münasibətilə təbrik edib

18:11 - 07 / 09 / 2016
İlham Əliyev Ədilə Namazovanı 90 illik yubileyi münasibətilə təbrik edib

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Ədilə Namazovaya təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli Ədilə xanım!

Sizi – Azərbaycan tibb elminin və təhsilinin görkəmli nümayəndəsini 90 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, səadət və işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

60 ildən artıq bir dövr ərzində Siz elm, təbabət və təhsili üzvi şəkildə birləşdirərək həm alim və müəllim kimi, həm də uşaqların sağlamlığını qoruyan bir həkim kimi böyük uğurlar əldə etmisiniz. Siz öz nəcib fəaliyyətinizlə uzun illər ərzində Azərbaycanda uşaq təbabətinin inkişafında əvəzsiz rol oynamısınız. Apardığınız çoxşaxəli tədqiqatlarla Siz ölkəmizdə və beynəlxalq aləmdə böyük hörmət qazanmısınız.

Azərbaycan Tibb Universitetinin tibb və səhiyyə sahəsində nüfuzlu mərkəz kimi formalaşmasında, sözsüz ki, Sizin kimi alimlərin böyük əməyi vardır. Neçə nəsil pediatr həkimlərin yetişdirilməsində bilavasitə iştirak edərək Siz daim yüksək ixtisaslı kadrların hazırlanması prosesinə layiqli töhfələr vermisiniz. Azərbaycanda uşaqların sağlamlığının keşiyində duran minlərlə insan böyük qürur hissi ilə vaxtilə tələbəniz olduğunu xatırlayır. Sizin vətəndaş mövqeyiniz və aktiv ictimai fəaliyyətiniz də təqdirəlayiqdir.

Bu gün Siz, ömrünüzün müdriklik çağında yenə də zəngin təcrübənizi və yüksək elmi potensialınızı səhiyyəmizin inkişafı naminə səfərbər edirsiniz. Ümidvaram ki, bundan sonra da insanların sağlamlığının qorunması üçün öz qüvvə və bacarığınızı əsirgəməyəcəksiniz”.

Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə Azərbaycanda tibb elminin inkişafında xidmətlərinə və tibb kadrlarının yetişdirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ədilə Əvəz qızı Namazova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

1news.az

 

Paylaş:
685

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər