Dağlıq Qarabağda erməni əsgəri ölüb
Dağlıq Qarabağda 19 yaşlı erməni hərbi qulluqçu Arman Qandilyan ölüb.
1news.az-ın NEWS.am-a istinadla verdiyi xəbərə görə, bu barədə qondarma rejimin "Müdafiə Nazirliyi"nin məlumatında deyilir.
Bildirilir ki, sentyabrın 7-i saat 01:30 radələrində hərbi hissələrdən birində A.Qandilyan döyüş növbəsi qaydalarının pozulması nəticəsində aldığı güllə yarasından ölüb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
1news.az
1035