Təhsil Nazirliyi müəyyən yerlərdən məktəbli geyiminin alınmasının məcburiyyəti məsələsinə aydınlıq gətirdi – VİDEO
Təhsil Nazirliyi yeni dərs ili ərəfəsində məktəbli geyimlərinin alınması ilə bağlı vətəndaşlara müraciət edib.
1news.az-ın verdiyi xəbərə görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun Tehsil.tv-də yayımlanan çıxışında qeyd edilir ki, məktəbli geyimlərinin alışı və satışı məsələsi məcburi ola bilməz.
“Heç bir məktəb və ya təhsil qurumu məktəbli geyimini müyyən ticarət şəbəkəsindən almağı məcbur edə bilməz. Valideynlər istəniən yerdən, istənilıən ticarət mərkəzindən məktəbli geyimini ala bilər”, - deyə o, qeyd edib.
Qeyd etmək laızmıdır ki, ekspertlərin analizlərinə görə, uşağın məktəbə getməsi üçün valideyn orta hesabla 200-300 manat xərcləməlidir. Buraya həmçinin məktəbli geyimi, çanta, məktəb ləvazimatları, dəftər və s. daxildir. Ötən il ilə müqayisədə builki məktəb geyimləri təxminən 18-20% bahalaşıb.
1news.az