Ağcabədidə “İslam dinində sülhün mahiyyəti” mövzusunda tədbir keçirilib
Sentyabrın 9-da Laçın rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “İslam dinində sülhün mahiyyəti” mövzusunda tədbir keçirilib.
1news.az-ın məlumatına görə, tədbirdə Laçın Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Laçın Rayon İcra Hakimiyyəti Aparatının Hüquq şöbəsinin əməkdaşı Həsən Novruzov, Laçın rayon Polis şöbəsinin əməkdaşı Aqşin Məmmədov, Laçın rayon Taxtakörpü qəsəbəsi tam orta məktəbin müəllimi Gülşən Təhməzova və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Laçın RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı”nın mahiyyəti barədə fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, ölkəmizdə sülh və əmin-amanlığın yaradılmasının əsasını ulu öndər Heydər Əliyev qoyub. Hazırda isə onun sülhpərvər siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir.
Tədbirdə, eyni zamanda Laçın Rayon İcra Hakimiyyəti Aparatının Hüquq şöbəsinin əməkdaşı Həsən Novruzovun İslam dinində sülhün mahiyyəti haqqında məruzəsi dinlənilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
1news.az