İfilc xəstəsi olan Bakı sakini yanaraq ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

İfilc xəstəsi olan Bakı sakini yanaraq ölüb

20:23 - 12 / 09 / 2016
İfilc xəstəsi olan Bakı sakini yanaraq ölüb

Bakıda bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 14:00 radələrində Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, sözügedən rayonda yaşayan Əli Qafarovun evində yanğın baş verib. Nəticədə iflic xəstəsi olan Ə.Qafarovun yatdığı çarpayı yanıb.

Yanğın söndürüldükdən sonra onun üzərində yanıq xəsarətləri olan meyiti tapılıb.

Yanğının Ə.Qafarovun çəkdiyi siqaretin çarpayısına düşməsi nəticəsində baş verməsi ehtimal olunur.

1news.az

 

Paylaş:
510

Son xəbərlər

Bütün xəbərlər