Azərbaycanlılar Ukrayna DİN-in binası qarşısında etiraz aksiyası keçiriblər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlılar Ukrayna DİN-in binası qarşısında etiraz aksiyası keçiriblər – FOTO

17:17 - 14 / 09 / 2016
Azərbaycanlılar Ukrayna DİN-in binası qarşısında etiraz aksiyası keçiriblər – FOTO

Ukraynada yaşayan azərbaycanlılar bu gün Kiyevdə Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında etiraz aksiyası keçiriblər.

Onlar son vaxtlar Ukraynada azərbaycanlılara qarşı cinayətlərin artmasına, xüsusilə adam oğurluğu hallarına DİN tərəfindən lazımi reaksiya verilməməsinə, tədbirlər görülməməsinə etirazlarını bildiriblər.

Mitinq iştirakçıları sonda aksiyanın qətnaməsi qəbul olunub.

Qətnamədə bildirilib ki, Arsen Avakovun daxili işlər naziri təyin olunmasından ötən 2 il müddətində 20-dən çox azərbaycanlı iş adamı və iş adamlarının övladları oğurlanıb, tanınmış azərbaycanlılara qarşı sui-qəsd halları artıb, bu cinayətlərin üstünün açılması təmin edilməyib.

Bildirilib ki, bununla bağlı Ukraynadakı Azərbaycan diasporu ölkə prezidentinə və Daxili İşlər Nazirliyinə 30-dan çox müraciət etsə də, nəticə olmayıb:

“Bu hal davam edərsə və azərbaycanlılara qarşı baş verən bu halların qarşısı alınmasa, bütün ölkə üzrə azərbaycanlıların oturaq aksiyası təşkil olunacaq”.

Daha sonra Ukrayna daxili işlər nazirinin müşaviri İvan Stoyka aksiya iştirakçıları adından Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevi və Konqresin Ali Məclis sədri Akif Gülməmmədovu qəbul edib. DİN adından azərbaycanlılara rəsmi təminat verilib ki, təhlükəsizliklərinin təmin oluması üçün lazımı addımlar atılacaq. İ. Stoyka nazirin adından azərbaycanlılara söz verib ki, bu günlərdə hökumətdə azərbaycanlılarla rəhbərliyin görüşü təşkil ediləcək, yaranmış narahatlığa son qoyulması üçün tədbilər görüləcək.

Aksiyanın qətnaməsi DİN-ə də təqdim olunub.

Aksiyadan sonra azərbaycanlı gənclər oğurlanan həmyaşıdlarına dəstək olaraq A.Avakovu tənqid edən "fləşmob" keçiriblər.

APA 

Paylaş:
2508

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər