Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Kürdəmirdə vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Kürdəmirdə vətəndaşları qəbul edəcək

22:45 - 15 / 09 / 2016
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Kürdəmirdə vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 21-də Kürdəmir şəhərində vətəndaşları qəbul edəcək.

1news.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildiriblər ki, qəbulda Göyçay, Ucar, Kürdəmir, Ağsu rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbul sentyabrın 21-də saat 11:00-da Kürdəmir Heydər Əliyev Mərkəzində (Kürdəmir şəhəri, Bakı prospekti 18) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya komissiyanın Göyçay regional bölməsinə şəxsiyyət vəsiqəsi ilə birlikdə (Göyçay şəhəri, R.İsayev küçəsi 43) müraciət etmələri (əlaqə telefonu: (020) 274 66 74) xahiş olunur. Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Ucar, Kürdəmir və Ağsu rayon təhsil şöbələrinə müraciət edə bilərlər. Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

1news.az

Paylaş:
726

Son xəbərlər

Bütün xəbərlər