İŞİD-in tərkibində döyüşmüş azərbaycanlılara hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Tehran Musayev, Səbuhi Cəfərzadə və İsmayıl Surxayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
1news.az-ın APA-ya istinadən verdiyi məlumata əsasən, məhkəmənin hökmü ilə İ. Surxayev 11 il, T. Musayev 13 il, S. Cəfərzadə isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək onlar Cinayət Məcəlləsinin 279-cu (qanunsuz silahlı dəstə yaratma) maddəsinə əsasən ittiham olunublar.
Onlar Suriyada İŞİD tərkibində döyüşlərdə iştirak ediblər.
1news.az
720