“İsa Qəmbərin mitinqdəki çıxışı AXC – “Müsavat”ın hakimiyyətdə olduğu dövrdə olan çirkinlikləri yada salır” | 1news.az | Xəbərlər
Siyasət

“İsa Qəmbərin mitinqdəki çıxışı AXC – “Müsavat”ın hakimiyyətdə olduğu dövrdə olan çirkinlikləri yada salır”

17:59 - 18 / 09 / 2016
“İsa Qəmbərin mitinqdəki çıxışı AXC – “Müsavat”ın hakimiyyətdə olduğu dövrdə olan çirkinlikləri yada salır”

“Müsavat” Partiyasının bugünkü mitinqi onların ötən əsrin 90-cı illərində olduğu kimi çirkin niyyətli və qaragüruhçu olduğunu göstərdi. İsa Qəmbərin mitinqdəki çıxışı AXC – “Müsavat”ın hakimiyyətdə olduğu dövrdə olan çirkinlikləri yada salır”.

1news.az xəbər verir ki, bunu Milli.Az-a politoloq Elçin Mirzəbəyli deyib.

Politoloq qeyd edib ki, radikal düşərgədə bu günə qədər siyasi proseslərə yanaşma tərzi, demək olar ki, dəyişməyib:

“Bu insanların düçüncələri də 90-cı illərdən bu günədək, təəssüflər olsun ki, bir addım da irəliləməyib. Bu fəaliyyət təkcə həmin o düşərgənin özünə və orada vaxtını itirən bir qrup azsaylı insana deyil, eyni zamanda Azərbaycanda çoxpartiyalı sistemin və siyasi partiyalar arasında münasibətlərin daha da inkişaf etməsinə maneə yaradır. Bu insanların ölkə siyasətində uzun müddət mövcud olması son nəticədə Azərbaycanın daxili siyasətinə də müəyyən təsir göstərib”.

E. Mirzəbəylinin sözlərinə görə, mitinqə cəlb edilən insanların bir qismi muzdlular olub:

““Müsavat” “Milli Şura” ilə birgə mitinq keçirməyi planlaşdırır. Yaxşı baxsaq, görərik ki, bəzi adamlar həm “Milli Şura”nın, həm “Müsavat”ın mitinqində iştirak ediblər. Eyni adamların iki fərqli mitinqdə iştirak etməsi göstərir ki, onların böyük əksəriyyəti muzdlu insanlardır və bu barədə çoxsaylı faktlar var. "Milli Şura" ilə "Müsavat" arasında bu mitinq yarışının əslində səbəbi ayrılan vəsaitlərin bölüşdürülməsi və ayrı-ayrı qüvvələr tərəfindən həmin qruplara ötürülən vəsaitlərin silinməsidir.

Mitinqlərin təşkilinə nə qədər vəsaitin ayrılması ilə bağlı artıq mətbuatda məlumatlar gedib. Bunların müəyyən hissəsi dəqiq faktlara söykənir. Həmin o vəsaitlərin köməyi ilə insanları mitinqə cəlb etməyə çalışırlar. Eyni zamanda, sosial şəbəkələrdə yayılan şəkillərdə fotoşop effekti ilə insanların sayının artırılmasına cəhd göstərirlər ki, pul aldıqları dairələrin qarşısında öhdəliklərinə əməl etdiklərini nümayiş etdirsinlər. Bu, artıq uzun illərdir ki, həmin siyasi dairədə, radikal qütbdə davam edən mənzərədir”.

1news.az

Paylaş:
683

Son xəbərlər

Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13
Bütün xəbərlər