Möhsün Pakayin: “Biz qondarma DQR-i tanımırıq” | 1news.az | Xəbərlər
Siyasət

Möhsün Pakayin: “Biz qondarma DQR-i tanımırıq”

17:00 - 19 / 09 / 2016
Möhsün Pakayin: “Biz qondarma DQR-i tanımırıq”

“Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik. Biz coğrafi və dövlət sərhədlərinin dəyişdirilməsinə qarşıyıq”.

1news.az “Report”a istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını şərh edən İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

İran səfiri münaqişənin tezliklə həllini tapacağına ümid etdiyini bildirib:

“Bu məsələdə öz imkanlarımızdan yararlanıb yardım etməyə hazırıq”.

Tehranda keçirilən idman yarışında erməni iştirakçının geyimində separatçı rejimin bayrağının olmasına münasibət bildirən səfir bu addımın İranın siyasətinə qarşı yönəldiyini deyib:

“Bu addımın məqsədi Azərbaycan və İran arasında ikitərəfli münasibətlərə mənfi təsir göstərmək və kölgə salmaqdır. Biz dərhal buna reaksiya göstərdik. KİV-də bəyanatla çıxış edərək İranın idmandan siyasi məqsədlər üçün istifadəsinə qarşı olduğunu vurğuladıq. Təşkilatçılara xəbərdarlıq edildi və bundan sonra erməni idmançılar idman tədbirlərinə xüsusi nəzarət altında buraxılacaqlar. Doğrudur, ermənilər İran vətəndaşlarıdır, lakin bu idmançılar ölkə xaricindən gəliblər. Biz qondarma Dağlı Qarabağ Respublikasını tanımırıq, Azərbaycan torpaqlarının işğalını və separatizmi qəti şəkildə pisləyirik”, - səfir xüsusi vurğulayıb.

1news.az

Paylaş:
784

Son xəbərlər

DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12
Bütün xəbərlər