Latviya – müalicə və istirahət üçün ideal seçim! – FOTO – VİDEO
Sentybrın 19-21 tarixlərində Bakıda 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi keçirilir. Sərgidə dünyanın müxtəlif ölkə və şirkətlərinin səhiyyə sahəsində əldə etdiyi uğurlar nümayiş etdirilir. Sərgidə qonaqların böyük hissəsi Latviya stendinə də maraq göstərirlər. Burada təklif olunan xidmətlərin geniş spektri və müasirliyi xüsusilə diqqəti cəlb edir.
Latviya tibb sahəsində qabaqcıl texnologiyalara malik Avropa ölkəsidir. Bir çox göstəricilərinə görə, Latviya dünyada səhiyyənin aktual sahələri üzrə öndə olan ilk beş ölkə sırasına daxildir.
Hər il qabaqcıl tibbi texnologiyalarnı öyrənmək məqsədilə Baltikyanı və Skandinaviya ölkələrinin, Rusiya və Belarusun yüzlərlə səhiyyə mütəxəssisi Latviyada təcrübə proqramlarında iştirak edirlər.
Latviya onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi sahəsində öndə olan ölkədir. Məsələn, Latviyada geniş şəkildə tətbiq edilən və müasir tibbi yenilik sayılan 10-cu nəsil kiberbıçaq dünyada yalnız 10 klinikada mövcuddur. Kiberbıçaq prostat vəzinin və daxili orqanların müalicəsində çox effektlidir.
Riqvir klinikasında unikal metodları tətbiq edilməklə melanoma xəstəliyi müalicə edilir. Bundan başqa, virusologiya xərçəng xəstəliyinin digər növlərinin yayılması ilə mübarizədə çox səmərəlidir.
Latviya eyni zamanda qadın və kişi sonsuzluğunun müalicəsində müasir texnologiyaları tətbiq etməklə fərqlənir. Hər il bir çox ölkələrdən pasiyentlər Latviya klinikalarının xidmətlərindən yararlanır.
Latviya səhiyyəsinin nail olduğu unikal nəticələr sayəsində sonsuzluqla mübarizə və uşaq doğuşu funksiyalarının 40 yaşından yuxarı, hətta onkoloji xəstəliklərdən sonra da bərpa edilməsi mümkündür.
Onu da qeyd edək ki, Avropanın digər dövlətlərinə müalicəyə üz tutan həmvətənlərimizin bir çoxu bu ölkələrdə əsasən dil problemi ilə qarşılaşır. Eyni səviyyəli tibbi xidməti siz Latviyada ala bilərsiniz və rus dilində danışırsınızsa sizi burada çox gözəl başa düşəcəklər. Statistika üçün bildirək ki, təkcə Riqa şəhərinin 50 % -ə yaxın əhalisi rusdilli insnlardır və rus dili Latviyada geniş şəkildə tətbiq edilir. Latviya Avropa ölkəsi olmasına baxmayaraq həm tibbi xidmətlər, həm də yaşayış və qidalanma bu ölkədə digərlərindən qat-qat ucuzdur.
Xaricdən Latviyaya gələn tibbi turistlərin sayı ilbəil artmaqdadır. 2015-ci ildə isə bu artım 5 faiz və ya 28 min insan təşkil edib.
Daha ətraflı məlumatı www.latviya.az və +994554494141 (Bakı), +371 29214868 (Riqa-Qunta Uşpele) telefonları və ya Facebook səhifəsi https://www.facebook.com/Riqatetili/?fref=ts vasitəsilə əldə etmək olar.