Avropa İttifaqı – Azərbaycan münasibətlərində yeni mərhələ | 1news.az | Xəbərlər
Siyasət

Avropa İttifaqı – Azərbaycan münasibətlərində yeni mərhələ

20:20 - 21 / 09 / 2016
Avropa İttifaqı – Azərbaycan münasibətlərində yeni mərhələ

Xəbər verildiyi kimi, bu günlərdə Avropa İttifaqı (Aİ)–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

Səfər çərçivəsində avropalı parlamentarilər Azərbaycan Prezidenti İlham Əliyevlə, Milli Məclisin sədri Oqtay Əsədovla, Parlament Əməkdaşlıq Komitəsinin Azərbaycan tərəfdən olan nümayəndələri ilə görüşlər keçirib, ölkəmizin Xarici İşlər və İqtisadiyyat nazirliklərində olublar.

Səfər çərçivəsində keçirilən görüşlərdə Avropa İttifaqı-Azərbaycan, Avropa Parlamenti-Milli Məclis münasibətləri barədə açıq, səmimi, konstruktiv fikir mübadiləsi aparılıb. Tərəflər münasibətlərin bərpası üçün göstərilən səyləri yüksək dəyərləndirib, Avropa Parlamenti tərəfindən müəyyən siyasi qrupların mənafelərinə xidmət edən qərəzli sənədlərin qəbul edilməsinin münasibətlərimizə xələl gətirdiyini vurğulayıb, bunun gələcəkdə baş verməməsi üçün Avropa Parlamenti tərəfindən lazımi addımların atılmasının vacibliyini qeyd ediblər.

Tərəflər mövcud geosiyasi reallıqları, ölkəmizin regiondakı rolunu və təsir imkanlarını nəzərə alaraq, Azərbaycan nümayəndə heyətinin artıq bir ildir ki, Avropa Parlamentinin tədbirlərində iştirak etməməsini çox böyük təəssüf hissi ilə bildiriblər.

Avropalı deputatlar Milli Məclis nümayəndələrinin bundan sonra Avropa Parlamentinin bütün qurumlarında iştirak etmələri üçün lazımi şərait yaradacaqlarını vəd ediblər.

Keçirilən görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə fikir mübadiləsi aparılıb, Avropa Parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə dəstəklənməsi yüksək qiymətləndirilib.

Milli Məclisin Avronest Parlament Assambleyasında fəaliyyətini bərpa etmək üçün tərəflər avropalı parlamentarilərin göstərdiyi son cəhdləri təqdirəlayiq hesab edib, bu məqsədin reallaşması üçün təşkilatın gərəkli addımlar atmasının vacibliyini vurğulayıblar.

Səfərin nəticəsi kimi Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədrləri Səyyad Kərim və Səməd Seyidov tərəfindən birgə bəyanat imzalanıb.

Bəyanatın mətnini diqqətinizə çatdırırıq.

BƏYANAT

2016-cı ilin sentyabrın 21-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi Bakıda görüşüb. Avropa Parlamentinin heyəti Səyyad Kərim (Mühafizəkarlar və İslahatçılar qrupu), xanım Heydi Hautala (Yaşıllar qrupu), Alberto Sirio (Avropa Xalq Partiyası), Andreys Mimikins (Sosial-Demokratlar qrupu), xanım Ramona Manesku (Avropa Xalq Partiyası) və xanım İveta Qriquldan (Liberal-Demokratlar qrupu) ibarət olub. Milli Məclisin heyətinə isə Səməd Seyidov, Fuad Muradov, Cavanşir Feyziyev, Ülviyyə Ağayeva və Asim Mollazadə daxil olub.

Parlament Əməkdaşlıq Komitəsi 2012-ci ildən bəri görüşmürdü. Bu səfərin əsas məqsədi Avropa Parlamenti ilə Milli Məclis arasında əlaqələrin hazırkı əsaslarını konstruktiv şəkildə gözdən keçirmək üçün gələcək dialoqun bərpa edilməsi və asanlaşdırılması və bunun Aİ-Azərbaycan münasibətlərində birbaşa əks etdirilməsi olub. Açıq dialoqun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, iqtisadiyyat naziri Şahin Mustafayev ilə də görüşlər keçirilib.

Parlament Əməkdaşlıq Komitəsi və bütün digər əlaqələr qarşılıqlı anlaşmanın olduğu sahələrin müəyyən edilməsinə, anlaşılmazlıqların meydana gəldiyi sahələrin təhlilinə imkan yaradıb və hər iki tərəfin bölüşdüyü ortaq baxışların formalaşmasını təmin edib.

Parlament Əməkdaşlıq Komitəsi həmsədrləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fikirlərin aydın, tənqidi və konstruktiv şəkildə ortaya qoyulmasını təqdirlə qarşılayır. Avropa Parlamentinin 2015-ci il sentyabrın 10-da qəbul etdiyi 2015/2840(RSP) saylı Qətnaməsi və Milli Məclisin 2015-ci il 14 sentyabr tarixli Qərarı və bunların Avropa Parlamenti ilə Milli Məclis arasındakı münasibətlərə təsirləri barədə Prezidentin dediklərini xüsusilə diqqətə alırlar. Avropa Parlamentinin nümayəndə heyəti artıq bir ildir Avropa Parlamenti ilə Milli Məclis arasında heç bir dialoqun olmamasından təəssüf hissi duyduğunu ifadə edir. Hər iki tərəf normal dialoqun bərpa edilməsi üçün addımların ən sürətli şəkildə atılacağına ümid edir.

Həmsədrlər, həmçinin Avropa Parlamenti ilə Milli Məclis arasındakı münasibətlərin qırılmasına gətirib çıxaracaq şəraitin gələcəkdə heç bir halda yaranmaması üçün gərəkli tədbirləri görməklə bağlı razılığa sadiq olduqlarını ifadə edir.

Biz bu gün Azərbaycanın üzləşdiyi geosiyasi reallıqları və çağırışları, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çağırışı aydın şəkildə başa düşürük və qəti şəkildə ifadə etməkdən məmnunluq duyuruq ki, Avropa Parlamentinin 2010-cu il 20 may və 2013-cü il 23 oktyabr tarixli Qətnamələrində və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı Qətnamələrində də vurğulandığı kimi, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə dəstəkləyir.

Həmsədrlər Avronest Parlament Assambleyasının Milli Məclisi təşkilata qaytarmaqla bağlı son cəhdlərini və öhdəliyini yüksək qiymətləndirir. Avronest Parlament Assambleyasını Milli Məclisin qarşılıqlı hörmət, bərabərlik və anlaşma əsasında təşkilata qayıtması üçün özünün prosedur qaydalarını gözdən keçirməyə və gərəkli islahatları reallaşdırmağa çağırır. Həmsədrlər nəticəyə nail olmaq üçün bütün lazımlı köməkliyi göstərməyə hazırdır.

AZƏRTAC

 

Paylaş:
642

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər