Maltada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ali səviyyəli toplantısı keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Maltada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ali səviyyəli toplantısı keçiriləcək

23:45 - 21 / 09 / 2016
Maltada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ali səviyyəli toplantısı keçiriləcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) növbəti Ali səviyyəli toplantılarından biri Maltada keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, bu məsələ Nyu-Yorkda səfərdə olan Mərkəzin nümayəndə heyəti ilə Maltanın baş naziri Jozef Muskatın görüşündə müzakirə edilib.

Müzakirələrin nəticəsi olaraq 2017-ci ildə Malta baş nazirinin himayəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ali səviyyəli toplantısının keçirilməsinə dair razılığa gəlinib.

Görüşdə həmçinin, Mərkəzin fəaliyyəti, yeni əməkdaşlıq imkanları, qarşıda duran vəzifələr, gələcək planlar və V Qlobal Bakı Forumu müzakirə olunub. Eləcə də qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparılb.

Görüşdə NGBM-in İdarə Heyətinin üzvləri - Serbiyanın sabiq prezidenti Boris Tadiç,  Bolqarıstanın keçmiş prezidenti Petar Stoyanov, Finlandiyanın sabiq prezidenti Tarja Halonen, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko və Mərkəzin baş katibi Rövşən Muradov iştirak edib.

Qeyd edək ki, Maltanın baş naziri Jozef Muskat Diasporla İş üzrə Dövlət Komitəsini dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2015-ci ilin aprel ayında keçirilən III Qlobal Bakı Forumunda iştirak edib. Jozef Muskat 2014-cü ilin dekabr ayında da Azərbaycanda səfərdə olub və bir sıra rəsmi görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.

1news.az

 

Paylaş:
668

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər