Erməni helikopterini vuran hərbi qulluqçunun toyu oldu – FOTO – VİDEO
Dünən Neftçala rayonunda 2014-cü ilin noyabr ayında Ermənistan-Azərbaycan cəbhə xəttində Ermənistana məxsus hərbi helokopteri vuran hərbi qulluqçu İlkin Muradovun toy mərasimi keçirilib.
1news.az-ın məlumatına görə, bu barədə bəyin dəvəti ilə mərasimdə iştirak edən millət vəkili Aydın Mirzəzadə şəxsi Facebook səhifəsində bildirib.
“Dünən, 21 sentyabr tarixində 2014-cü ilin noyabr ayında Ermənistan-Azərbaycan cəbhə xəttində Ermənistan hərbi helokopterini vurmuş igid hərbi qulluqçu İlkin Muradovun özünün dəvəti ilə onun Neftçala rayonunun Xol Qaraqaşlı kəndində keçirlən toyunda iştirak etdim”- deyə, millət vəkili qeyd edib.
Xatırladaq ki, 12 noyabr 2014-cü il tarixində Ermənistana məxsus iki hərbi helikopter ordumuzun səngərlərinə hücum etməyə cəhd edib. Hərbçimiz İlkin Muradovun sərrast atışı nəticəsində düşmən helikopterlərindən biri məhv edilib.
Mövzu ilə əlaqədar:
Əsgər zəng edib millət vəkilini toyuna çağırdı – “Vur komandir, vur!”
1news.az