Knessetin vitse-spikeri: İsraildə Azərbaycanla münasibətlərin əleyhinə olan partiya yoxdur | 1news.az | Xəbərlər
Siyasət

Knessetin vitse-spikeri: İsraildə Azərbaycanla münasibətlərin əleyhinə olan partiya yoxdur

10:27 - 22 / 09 / 2016
Knessetin vitse-spikeri: İsraildə Azərbaycanla münasibətlərin əleyhinə olan partiya yoxdur

“Azərbaycan İsrail üçün çox vacib ölkədir. Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən iki ölkə arasında münasibətlər çox yaxşı səviyyədədir”.

1news.az-ın verdiyi xəbərə görə, bunu jurnalistlərə İsrail Fəhlə Partiyasının baş katibi, Knessetin vitse-spikeri Hilik Bar deyib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir:

“Hakimiyyətə gəldiyimiz zaman münasibətlərimizin daha da inkişaf etməsi üçün əlimizdən gələni etdik. İsraildə elə partiya tanımıram ki, Azərbaycanla münasibətlərin əleyhinə olsun.  Artıq 4 ildir ki, Knessetdəyəm və heç bir deputatın Azərbaycanın əleyhinə çıxış etməsini görməmişəm”.

H.Bar İsrail ilə Azərbaycanın əməkdaşlıq və təcrübə mübadiləsi aparacağı sahələri qeyd edib:

“İsraildəki istənilən hökumət Azərbaycanla münasibətlərin dərinləşməsinə can atacaq. Qafqazda belə güclü və vacib müttəfiqimizin olmasından çox məmnunuq. Bu, İsrailin xarici siyasət istiqmətlərindən biridir. Bunu möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik”.

Siyasətçi qeyd edib ki, İsrail qondarma “erməni soyqırımını” tanımır:

“Holokostu yaşamış xalq kmi deyə bilrəm ki, dünyadakı heç bir şeyi yəhudi soyqırımı ilə müqayisə etmək olmaz. Bu o demək deyil ki, dünyanın digər yerlədrində insanların qətli baş vermir. Suriyada hər gün insanlar ölür. Lakin bunu holokostla müqayisə etmək olmaz”.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan siyasətçi konfliktin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib:

“İstərdim ki, ermənilər və azərbaycanlılar razılığıa gələrək sülh şəraitində yaşasınlar”. 

Həmçinin o, Azərbaycanda yəhudilərə olan tolerantlığı da yüksək qiymətləndirib:

“Yəhudilərin özlərini öz evlərindəki kimi hiss etmələrinə şərait yaratdığınız üçün alqışlayıram. Hər ölkədə yəhudilərə, o cümlədən də digər azlıqlara qarşı bu qədər tolerant ola bilmirlər. Mən bunu həqiqətən yüksək qiymətləndirirəm”.

Xatırladaq ki, İsrail ilə Azərbaycan diplomatik münasibətlərini 1992-ci ilin 7 aprelində bərpa edib. 1994-cü ilin martında İsrailin Azərbaycanda ilk səfiri Eliezer Yotvat işinə başlayıb.

Azərbaycan İsrail səfirliyi olan az müsəlman ölkələrindən biridir.

1news.az

Paylaş:
741

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər