Avropa Xəbər Agentlikləri Təşkilatının yeni prezidenti seçilib | 1news.az | Xəbərlər
Siyasət

Avropa Xəbər Agentlikləri Təşkilatının yeni prezidenti seçilib

18:08 - 23 / 09 / 2016
Avropa Xəbər Agentlikləri Təşkilatının yeni prezidenti seçilib

Avropa Xəbər Agentlikləri Təşkilatının (EANA) yeni prezidenti və Büro üzvü seçilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bununla bağlı qərar sentyabrın 23-də təşkilatın Bratislavada keçirilən Baş Assambleyasında qəbul edilib. Təşkilatın yeni sədri İsveçin TT agentliyinin baş direktoru Yonas Erikson, Büro üzvlüyünə isə Portuqaliyanın LUSA agentliyinin rəhbəri Tereza Markez seçiliblər. EANA-nın prezidenti 2 il, Büro üzvləri isə 3 il müddətinə seçilir.

2014-2016-cı illərdə təşkilata Böyük Britaniyanın Press Association agentliyinin icraçı direktoru Klayv Marşal sədrlik edib.

Assambleyada, həmçinin qurumun büdcəsi təsdiq edilib, üzvlüklə bağlı müraciətlərə baxılıb, bir sıra təşkilati işlər müzakirə olunub.

Baş Assambleya başa çatdıqdan sonra 2016-cı il noyabrın 15-18-də Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq ilə bağlı Konqres Şurasının (NACO) işçi iclası keçirilib.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, Şura sədri Klayv Marşal və Almaniyanın DPA agentliyinin vitse-prezidenti Piter Kropş Konqresin proqramını və bir sıra təşkilati məsələləri nəzərdən keçiriblər. Şuranın növbəti toplantısı Konqres ərəfəsində Bakıda keçiriləcək.

1news.az

Paylaş:
619

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər