“Günəşli” yatağında qaz quyusunda yanğın baş verib
Sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və yanğın baş vermişdir.
1news.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülmüşdür. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilmiş, xəsarət alan olmamışdır.
Hazırda özüldəki işçilərin təxliyyəsi üçün heç bir əsas yoxdur.
Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür.
“Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək”- deyə, SOCAR-dan bildiriblər.
1news.az