İlyas Umaxanov: Azərbaycan MDB-də yeni dövlət quruculuğu elementlərinin tətbiqinin ön sıralarındadır | 1news.az | Xəbərlər
Siyasət

İlyas Umaxanov: Azərbaycan MDB-də yeni dövlət quruculuğu elementlərinin tətbiqinin ön sıralarındadır

12:52 - 26 / 09 / 2016
İlyas Umaxanov: Azərbaycan MDB-də yeni dövlət quruculuğu elementlərinin tətbiqinin ön sıralarındadır

Bu gün Azərbaycanda ümumxalq səsverməsi (referendum) keçirilir. Referenduma hazırlığın yüksək səviyyədə olduğunu deyə bilərəm.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu sözləri Bakı şəhəri 29 saylı Səbail seçki dairəsinin 2 nömrəli seçki məntəqəsində səsvermənin gedişini müşahidə edən Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PAA) nümayəndə heyətinin rəhbəri İlyas Umaxanov deyib.

MDB PAA missiyasının rəhbəri, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini İ.Umaxanov qeyd edib ki, hazırda Azərbaycanda səfərdə olan nümayəndə heyətində Şura ilə yanaşı, Dövlət Duması, habelə MDB-nin altı ölkəsi təmsil olunur. İ.Umaxanov bildirib ki, başçılıq etdiyi missiya Azərbaycanın müxtəlif regionlarında müşahidələr aparır:

“Referendumun yekunları barədə fikirlərimizi keçirəcəyimiz mətbuat konfransında bildirəcəyik. Lakin tam aşkardır ki, Azərbaycanda xalqın öz iradəsini ifadə etməsinin ali formasını həyata keçirmək üçün demokratiyanın və demokratik prosedurların yüksək standartları təmin edilib. Ən başlıcası, insanların öz konstitusiya hüquqlarından istifadə edə bilmələri üçün yaxşı şərait yaradılıb. İnsanların öz dövlətinə mənsub olduqlarını hiss etməsi və öz fikirlərini birbaşa, mütləq mənada azad ifadə etməsi üçün seçkilər günü qeyri-iş günü elan edilib. Səsvermənin şəffaf keçməsi üçün hər cür şərait yaradılıb. Mən bunu həmkarlarımla birlikdə 29 saylı Səbail seçki dairəsinin 2 nömrəli məntəqəsində ilk saatlardan səsvermənin gedişini müşahidə edərkən gəldiyimiz qənaətə əsasən söyləyirəm. Vətəndaşların buraya gəlməsi və cəmiyyətin demokratik əsaslarının möhkəmlənməsinə yönələn dəyişikliklərə səs verməsi üçün məntəqədə hər cür şərait var.

Tam əminəm ki, Konstitusiyaya təklif olunan əlavə və düzəlişlər assosiativ xarakter daşıyır. Qərbli həmkarlar bu məqama diqqət yetirirlər. MDB ölkələri, keçmiş müttəfiq respublikalar novatorluq, demokratik inkişafın tamamilə yeni normalarını nümayiş etdirir. Bu mənada Azərbaycan Prezidenti ölkənin dövlət quruculuğuna yeni elementlər daxil edilməsinin avanqardıdır.

Müstəqilliyin 25 ili həm də fəal inkişaf deməkdir. Gənclər ölkənin siyasi həyatına fəal qoşulurlar. Bu gün gənclərə təkcə səsvermə hüququ deyil, həm də seçilmək hüququ verilməsi buna parlaq sübutdur.

Azərbaycan xalqına uğurlar diləyirəm. Mən müşahidəçi olduğum üçün referendumun yekunları barədə əvvəlcədən fikir söyləyə bilmərəm. Lakin əminəm ki, bu yekunlar ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan xalqının rifahı üçün yaradılmış güclü bünövrəyə əsaslanaraq cəmiyyətin firavanlığına və sıx birləşməsinə xidmət edəcək”.

1news.az

 

Paylaş:
595

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər