Həbsdə olan AXCP funksionerinin şikayəti təmin edilməyib | 1news.az | Xəbərlər
Siyasət

Həbsdə olan AXCP funksionerinin şikayəti təmin edilməyib

13:11 - 28 / 09 / 2016
Həbsdə olan AXCP funksionerinin şikayəti təmin edilməyib

Bu gün Ali Məhkəmədə AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin barəsində olan hökmdən verdiyi kassasiya şikayətinə baxılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, şikayət təmin edilməyib.

Qeyd edək ki, Məmməd İbrahim ötən ilin sentyabrın 29-da həbs edilib. Nərimanov rayon məhkəməsi onun barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb. Bu ilin mayında isə Bakı Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.

M. İbrahim Nərimanov rayon Məhkəməsinin hökmü ilə 3 il  müddətinə azadlıqdan məhrum edilib. M. İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə ötən il sentyabrın 30-da həbs olunub. O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilib.

1news.az

Paylaş:
474

Son xəbərlər

Bütün xəbərlər