16 min ədəd siqaretin qanunsuz yolla Bakıya gətirilməsinin qarşısı alınıb
Xeyli sayda tütün məmulatının qanunsuz yolla Bakıya gətirilməsinin qarşısı alınıb.
1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Naxçıvan-Bakı aviareysinin sərnişinlərini qarşılayan Azərbaycan vətəndaşı əməliyyat məlumatı əsasında, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Həmin şəxs hava limanının dayanacağında gömrük əməkdaşları tərəfindən saxlanılıb və ona məxsus 3 ədəd sellofan paket yoxlanılıb. Yoxlama zamanı, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 16.000 ədəd “Gold Marlboro EDGE” markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
1news.az
352