Azərbaycanla Çili arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Çili arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə olunub

17:23 - 28 / 09 / 2016
Azərbaycanla Çili arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə olunub

Elmar Məmmədyarov Çili Senatında Azərbaycan ilə dostluq qrupunun sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın məlumatına görə, görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yüksək səviyyəli səfərlərin həyata keçirilməsi və Xarici İşlər nazirlikləri səviyyəsində ikitərəfli siyasi dialoq mexanizminin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Parlamentlərarası əlaqələrin rolunu və dostluq qruplarının fəaliyyətini təqdir edən E.Məmmədyarov, Çili Milli Konqresinin Senatında ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edən, habelə Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət edilməsini tövsiyə edən sənədin qəbul olunmasına görə təşəkkürünü bildirib.

Görüşdə həmçinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları, o cümlədən ikitərəfli əməkdaşlığın genişləndirilməsinə xidmət edə biləcək perspektivli sahələr müzakirə olunub.

1news.az

Paylaş:
483

Son xəbərlər

Bütün xəbərlər