Şahin Zəkizadə ailə, sevgi və xərçənglə mübarizə haqqında: “Tanrı mənə düşünmək üçün vaxt verib... bu, son deyil...” – FOTO
1news.az-ın oxucularına hal-hazırda qan xərçəngindən xilas olmaq üçün müalicə kursu keçən azərbaycanlı rejissor Şahin Zəkizadə ilə eksklüziv müsahibəni təqdim edirik.
O, mühsabisəndə keçmişi, indiki günü və gələcəyi haqda fikirləri ilə bölüşüb.
Hər şeydə düzgün olmaq, pislik etməmək və hər şeydə yalnız yaxşılıq görmək – həyatımı bu qaydalar üzərində yaşayıram. Çox ünsiyyətcil və təvazökar, həqiqətdə boş, “sıfır” olan və özlərini tərifləyənləri xoşlamayan bir insanam. Belə lovğa adamlar bizim şou-biznesdə az deyil. Mənim üçün həmsöhbətimin intellekt səviyyəsi çox vacibdir, Faiq Ağayevlə söhbət etmək həmişə məni məmnun edirdi, elə məhz ilk klipimi onun «Sən elə bilirdin» mahnısı üçün çəkdim.
Bununla birgə mənim üçün hörmət üzərində qurulan münasibət vacibdir – həm həyatda, həm də işdə. İşlə əlaqədar görüş haqda razılığıa gələndə, onu ictimai yerdə təşkil edirəm və insanın ətrafdakılarla necə rəftar etdiyini müşahidə edirəm. Əgər hörmətsizlik görürəmsə bizim nə əlaqəmiz, nə də əməkdaşlığımız alınacaq. İnsanların incidilməsinə dözə bilmirəm, həmişə zəifin tərəfinə çıxmışam və çıxıram.
Kliplərin çəkilişinə mən həmişə qazanc mənbəyi kimi yox, özünütəsdiq kimi baxmışam. Hər bir yeni klipimlə mən böyüyürdüm və texniki imkanlarım dəyişirdi.
Öz dönəmi üçün çox qabaqcıl olan Röya və Samir Cavadzadənin «Deyin ona» və bu günədək Azərbaycan şou-biznesində tamamilə animasiyadan ibarət Faiq Ağayevin «Biləydin kaş» kliplərini qeyd etmək istərdim.
Reklam marketi mənim üçün müsiqi kliplərin hazırlanmasından həmişə daha maraqlı olub. Reklamda 30 saniyə və ya 1 dəqiqə ərzində hər şeyi “ləzzətli” etmək lazımdır – həm süjeti, həm çəkilişi, həmçinin reklam olunan məhsulu ağıllı tərzdə satmağı. Sosial reklam, siyasi çarx çəkmişəm, Lider-də işlərkən isə Əsmər Nərimanbəyova, Əminə Dilbazi və Milli Olimpiya Komitəsi barədə 4 sənədli film hazırlamışam.
Heç vaxt özümü reklam etməyə çalışmamışam – yerimə işim, yaradıcı portfoliyom danışıb və danışır. Özümü piar etməyə çəkinirdim, lakin heç vaxt boş-boşuna oturmurdum – insanlar mənim əməyimi görərək, özləri məni tapırdılar və bu mənim üçün, tez-tez KİV-lərdə və televiziyada görünmək sayəsində hər hansı sifariş qəbul etməkdən daha vacibdir.
19 ildir ki, kameranın arxa tərəfində idim, indi isə bütün kameraların diqqəti mənə yönəlib, diqqət mərkəzindəyəm – bu həyatdır, heç kim sabah onun başına nə gələcəyini bilmir. Həyat belə gətirib, lakin mən ilk dəfə deyil ki ölümü belə yaxından görürəm – öncə mən onun rəngini və qoxusunu dəfələrlə duymuşam.
Xəstəliyimi düşünmək üçün bir müddət kimi qiymətləndirirəm və özümü xəstə insan kimi hiss etmirəm. Bəli, diaqnozum qoyulub, lakin ruhum sağlamdır. Və ən əsası – məndə inam var! İnamsız nəinki bu günkü günüm, həyatım mümkünsüz olardı.
Səhər yuxudan oyanmayıb dünyasını dəyişən dostlarım olub, mənə isə Tanrı düşünmək, həyatıma dönüb baxmaq, düzləsi gözdən qaçırdığım şeyləri görmək üçün vaxt verib. Və bu son deyil, hələ son deyil. Xasiyyətçə mən mübarizəm və mənim olayımda mübarizə aparmaq lazımdır, çünki Yaradan deyir: yaşa, axirət haqda düşün, lakin özünə ölüm arzulama.
Hal-hazırda gözlərim çox şeyə açılır – daha doğrusu onları Allah açır: kimin əsl dostum olduğunu, kimin isə özünü dost kimi qələmə verdiyini görürəm. Beyin lazım olmayan her şeyin qırağa atılması ilə məşğuldur, aydınlanıram və hər şeyə yenidən, başqa cür baxmağa başlayıram. Lakin, bununla belə, özümə “nə üçün?” sualını vermirəm.
Heç vaxt paxıl insan olmamışam. Quran ayələrindən birində deyilir “Gündə var-dövləti gələn insanlara paxıllıq etmə, çünki o xeyir üçün gəlmir, günaha dönüşür”. Digər ayədə isı qeyd edilir kiŞ Tanrı bizi müəyyən imtahan və sinaqlarla – mənfəət itkisi, övlad itikisi, xəstəliklərlə yoxlayacaq. Hər birimiz Quranda maraq doğuran bütün suallara cavab tapa bilər.
“Niyə mən?”, “nə üçün?” sualları mənlik və mənim haqqımda deyil. İblisin ən güclü hiyləsi dünyanı özünün mövcud olmamasına inandırmasıdır. Və özünə “nə üçün?” sualını verməyi mən şeytanlıq, yanlış sual kimi qiymətləndirirəm, çünki bu üsyandır, mən isə hər şeyi normal, təbii qəbul edirəm. Allah deyir: “Bütün yaxşlıqlar bizdən, pisliklər is sizdəndir”. Hərəkətlərimizə görə özümüz cavab veririk, həyatda hər şey qanuna uyğundur.
İnsanlara həmişə yaxşılıq etmək, xeyirhaqlıq bumeranqını işə salmaq lazımdır, çünki Tanrı onu sənə qaytarır. Pislik etdikdə isə, cavabında da pislik alırsan. Xəstəliyim – keçəcəyim bir sınaqdır. Həyatımız imtahanlardan ibarətdir. Sınaqları yalnız güclü və mərd insanlar keçir, mən isə məhz belə insanam və Allahın köməyi ilə xəstəliyimə qalib gələcəyimə əminəm. Təkcə o mənə hər şeydə güc verir.
Həyat mənim üçün kişilik məktəbi olub. Atam gözəl tərbiyyə verib, lakin qarşımda heç-bir məhdudiyyət qoymayıb. Dostlarım da böyük rol oynayıblar. Mən həmişə yaşda məndən böyük insanlar ilə dostluq etmişəm və onlardan ən yaxşı şeyləri götürmüşəm. Burada xüsusi rolu, artıq aramızda olmayan, Samir Qasımov oynayıb. Gənclikdə çox dalaşardım, impulsiv xarakterim var.
Lakin dözümlülüyə insanlar yox Allah öyrədir.Mən hər şeyi olduğu kimi qəbul etdim, çünki özünə yazığı gələn insan həqiqətən yazıqdır. Mən, ölümlə dəfələrlə üzləşən bir kişiyəm və bu gün yaranan vəziyyəti qəbul edirəm, Allah isə mənə kömək edir. İnam elə dözümlülük deməkdir.
Mənə ürək-dirək verilməsini, əziyyət çəkdiyimin düşünülməsi, yazıqları gəlməsini xoşlamıram. Mən həyata sızıldayan və şikayət edən “xəstə adam” deyiləm. Prosedurdan sonra öz mərtəbəmdə gəzirəm, düşünürəm, təslim olmuram, olmayacam da. Lakin hər şey Tanrının əlindədir.
Mənə yazığınız gəlməsin və “uşaqlarına nə olacaq...” deməyin.. Atam öz atasını 9 yaşı olarkən itirib, yaxşı insan kimi böyüyüb və çox şeyə nail olub. Əlbəttə, uşaqlarımla bağlı, xüsusi istəklərim var, həyatlarının müəyyən dönəmlərində onlarla birgə olmaq istəyirəm. Lakin mənə olursa olsun, uşaqların halı pis olacağı anlamına gəlmir – İnşaAllah həm onların, həm də mənim aqibətim yaxşı olacaq.
Xəstəliklə mübarizə aparmağa gücü mənə Allah verir – gündə namaz qılıram. İnam və dua mənim həyatımın yol yoldaşlarıdır. İnamı itirmək olmaz. İnam ruhun uradəsini möhkəmləndirir.
19 il kadr arxasında olmağıma baxmayaraq, düşünməzdim ki, xalq məni bu qədər sevə bilər – sosial şəbəkələr vasitəsilə çoxsaylı dəstək və xoş sözlər eşidirəm. Bu diqqət və qayğıya görə də onlara minnətdaram - bu, böyük stimuldur. Sevinirəm ki, azərbaycanlılar – bir-birini sevən və ən çətin anda belə bir-birini dəstəkləyən xalqdır. Hər birinizə ayrı-ayrılıqda minnərtdaram, hər birinizə dua edirəm. Hər bir şeyə görə Allaha şükr edirəm.
Düşünürəm ki, bir çoxları bu xəstəliyə mənim kimi maddi tərəfdən hazır deyil. Eləcə də, həyatın bu sınağına tamamilə hazır deyildim. Deyirlər ki, dünyanı gözəllik xilas edəcək, lakin bu belə deyil – dünyanı yalnız və yalnız mehribanlıq və mərhəmət xilas edəcək. Məhz bu keyfiyyətləri həyatımda bir daha dərk etdim. Qurban bayramı ərəfəsində dövlət – Heydər Əliyev Fondu ilk müalicə xərclərini ödəyərək ailəmə hədiyyə etdi. Buna görə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığımı bildirmək istəyirəm. Mənə xoşdur ki, dövlət yaradıcı insanların qayğısına qalır. Bu da sağalmağım üçün mənə böyük stimul verir. Yalnız və yalnız müsbət istiqamətə köklənmişəm və ümid edirəm ki, sağaldıqdan sonra Mehriban xanıma göstərdiyi qayğı və dəstəyə görə şəxsən təşəkkürümü bildirəcəyəm.
Yaşadığım bütün sınaqları mənimlə birlikdə həyat yoldaşım Səbinə də yaşayır. O, bir addım belə məndən uzaqlaşmır. Səbinə ilə münasibətimiz söhbətlə başladı, biz saatlarla bir-birimizlə söhbət edərdik və bir-birimizdən yorulmazdıq. MC Donalds-a gedib yeməyə bir şey alardıq və dənizə gedərdik. Bu, bir növ ənənəyə çevrilmiş adət idi. Səbinənin timsalında həyatımın ən böyük sevgisini tapdım.
Elə bildrdim 35 yaşında dəyişmək mümkün deyil, lakin həyat yoldaşımın sayəsində yaxşılığı doğru dəyişdim. O, həyatın mənə bəxş etdiyi ən gözəl ərməğandır. O, nə vaxt susmağı və nə vaxt danışmağı yaxşı bilir. Onunla söhbət etmək məni heyran etdi və biz, möhkəm ailəyə çevrildik.
Səbinə ilə xoşbəxtlik qazandım – o, bağışlamağı bacarır, bunu isə hər kəs bacarmır. “Bağışla ki, bağışlanan olsan” – əgər insanlar bağışlamağı bacarmasa, hər şey məhv olar. Biz də hamı kimiyik, bizim də başqaları kimi söz-söhbətimiz, dava-dalaşlarımız, anlaşmazlığımız olurdu, lakin bizi hər dəfə həyatın üç vacib tərkibi – hörmət, sevgi və bağışlamağı bacarmaq xilas edərdi.
Sevgi – bu, nəhəng misktik qüvvədir. Sevgidən doğulan uşaqlar isə sözlə ifadə edilə bilməz, inanılmazdır. Oğlumuz ailəmizə istilik gətirərək, bizi daha da birləşdirdi. Onunla hər şeyi unuduram.
Yaxşılıq etmək lazımdır, yalnız və yalnız yaxşılıqları xatırlamalıyıq. Nə üçün pisliyi düşünüb, qəlbində saxlayasan? Yaxşılıq yaxşılığı cəlb edir və ya əksinə. Həyatda isə yaxşılıq çoxdur.
Xəstəlik məni zərrə qədər də dəyişməyib, necə vardım, elə də qalmışam. Yalnız ətrafımdakı vəziyyət dəyişib. Amma yenə də mən ətrafımda – ailəmdə, dostlarımda, işdə yaxşıları görürəm. Nümunə üçün mən indi ssenari üzərində çalışmağa başlamışam. İmkan vermirəm ki, mənfilik qəlbimdəki müsbətə təsir etsin.
Dinə dərk edərək gəldim. Bir gün Ramazan ayında yuxudan oyandım və anladım ki, məndə nəsə çatışmır, elə bil ayrılmış və kənarlaşdırılmış kimiyəm və Allaha da az dua edirəm. Qəlbimdə bilirdim ki, bütün bunlar yaxşılığa doğru deyil. Sevinirəm ki, din vasitəsilə Allaha yaxınlaşdım.
Ruhsuz bədən olmaz, bədənsiz də ruh – bu iki maddiyat birləşərək insanı təşkil edir. İnsan da uşaq yaşlarından Allaha yaxınlaşır. Hər birimiz ilk dəfə gördüyümüz meşənin və dənizin qoxusunu yaxşı xatırlayır – bütün bunlar Allahın yaratdıqlarıdır.
Hər bir dində üç vacib məsələ qaldırılır: hardan gəlmişik, hardayır və haraya qayıdacağıq? Cavab isə çox sadədir – Allahdan gəlmişik, onun nəzərindəyik və Allaha dönəcəyik. Lakin necə dönəcəyik, burada Yaradn bizə imkan verib və hər şey bizdən asılıdır.
Gəncliyimdə çox səhvlərim olub, dəcəl idim, tez-tez dalaşardım. İndi isə dərk edirəm ki, nə mənə ayrılmış zamanı qiymətəndirmişəm, nə də ətrafımdakı insanları. Qanımda qaynayan adrenalini nə cürsə söndürməli idim. Heç vaxt narkotik istifadəçisi olmamışam. Davalar isə olub. Beş-altı nəfərə qarşı dalaşardım və bəxtimin gətirməsin inanardım.
Və hər dəfə belə hadisələr olanda sağ-salamat çıxardım, mənə elə gəlirdi ki, bunun öhdəsindən özüm gəldim, lakin Allah məni xilas edərdi. Bir dəfə idarə etdiyim maşın 6 dəfə çevrildi, mən isə bu maşından sağ-salamat çıxdım. Bu, bir zamanlar mənə göndərilmiş işarə idi – dayan, bəsdir! Və dayandım. Hər birimizin həyatında müəyyən işarələr olur, ən başlıcası isə bunları anlamaqdır. Bu, yuxuda və ya avtobusda eşitdiyin bir ifəadə ola bilər. Anlamaq lazımdır ki, bu, Allah tərəfindən sənə ünvanlanmışdır. Şükürlər olsun ki, mən bunu anladım.
Düşünməyin ki, mən qorxmazam. Qorxunun son həddi – ölümdür. Ən başlıca qorxum isə o biri aləmdə mənimlə nə baş verəcək,oarad məni nə gözləyirdir.
Atam da onkoloji xəstədir, indiyə qədər bilinmir ki, onun dəqiq diaqnozu nədir. Mənim üçün o, mübarizəkarlıq rəmzidir. Mən ağlamıram və təəssüflənmirəm, düşünmürəm ki, sonra nə olacaq? Sadəcə həytımı yaşayıram. Bütün qəlbimlə yaşayıram və mənə ayrılmış zaman hələ bitməyib.
Qüvvəmiz düşüncələrimizdədir. Bədbinliyə qapılmaq lazım deyil! Bilirəm ki, bir çox uşaqlar onkoloji xəstədirlər. Onların valideynlərinə məsləhət görərdim ki, ilk növbədə düzgün psixoloji qərar qəbul etsinlər. Bu, sağalmağın təməlidir.
Mən tək deyiləm. Bu da məni sevindirir. Heç kəsə pislik arzulamıram, Allahın köməyinə inanıram. O, mənə və çətin vəziyyətdə olan hər kəsə kömək edəcək. Ən başlıcası isə sınmamaqdır – axı həyat davam edir, mən nəfəs alıram və özümə aid qərarları özüm verirəm. İnanıram ki, hər şey yaxşı olacaq. Qaçılmazdan qorxmaq axmaqlıdır. Belə deyilmi?
Qeyd edək ki, Şahin Zəkizadə Azərbaycan Tibb Universitetinin Müalicə Terapevtik Mərkəzində müalicəsini davam etdirir. Rejissor həkim Valeh Hüseyovun rəhbərliyi ilə müalicə olunur. V.Hüseyov qeyd edir ki, müalicə yaxşılığa doğru inkişaf edir: “Kimya terapiyası yaxşı nəticələr verib. Əgər belə davam edərsə, müalicə uğurlu keçəcək”.
Mövzu ilə əlaqədar oxuyun:
Heydər Əliyev Fondundan tanınmış rejissora dəstək - VİDEO
1news.az
Fotolar Şahin Zəkizadənin şəxsi arxivindəndir.